Modern.az

Azərbaycanlı deputatdan təklif: Ərdoğana Nobel sülh  mükafatı verilsin    

Azərbaycanlı deputatdan təklif: Ərdoğana Nobel sülh  mükafatı verilsin    

4 Oktyabr 2020, 08:18

"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bütün Dünyada aprdığı Sülh sahəsindəki praqmatik və rasional fəaliyyətinə görə Sülh üzrə Nobel mükafatına namizədliyi irəli sürülməlidir".

 

Bunu Modern.az-açıqlamasında millət vəkili Etibar Əliyev deyib. Etibar Əliyev bildirib ki, sülh üzrə Nobel mükafatına namizədliyin verilməsi üçün Nobel Komitəsi filosoflar, tarixçilər, siyasət elminin görkəmli nümayəndələri və fəal ictimai xadimlərlə əlaqələr qururlar:

 

"Nobel Sülh mükafatına namizədləri həmçinin əvvəlki illərin Nobel mükafatçıları və İsveç Akademiyasının üzvləri də verə bilərlər. Türkiyə Prezidentinin fəaliyyəti Alfred Nobelin vəsiyyəti ilə tamamilə üst-üstə düşür".

 

Millət vəkili qeyd edib ki, Nobel mükafatları Alfred Nobelin 27 noyabr 1895-ci ildə yazdığı məşhur vəsiyyətnaməsinə uyğun şəkildə verilir:

 

«Mənim realizə olunan bütün mülkiyyətim aşağıdakı qaydada bölüşdürülməlidir: mənim bütün kapitalım yaxınlarım tərəfindən etibarlı saxalanılmaqla fond yaradılmalıdır. Məqsəd hər il bəşəriyyətə ötən illərlə müqayisədə daha böyük fayda gətirə bilən şəxslərin pul mükafatı ilə təltif olunmasıdır. Mükafat fondu beş bərabər hissəyə bölünməli və təltif bu şəkildə aparılmalıdır:

 

1-ci hissə fizika sahəsində mühüm kəşf və ixtiralara nail olan şəxsə, 2-ci hissə kimya sahəsində mühüm kəşf edən şəxsə, 3-cü hissə fiziologiya və tibb sahəsində əhəmiyyətli kəşf edən şəxsə, 4-cü hissə ədəbiyyat sahəsində «ideal yönümlü» mühüm əsərlər yaradan şəxsə, 5-ci hissə isə millətlərin dostluğuna və həmrəyliyinə xidmət edən, hərbi qüvvələr arasında qarşıdurmaları aradan qaldıran, yaxud səngidən, eləcə də sülhpərvər qüvvələrin konqreslərinin təşkil edilməsinə yardım edən şəxslərə verilsin».

 

Xatırladaq ki, millət vəkili, fəlsəfə doktoru Etibar Əliyev 30 ildir ki, Nobel mükafatlarının tədqiqatçısı kimi tanınır. Bu sahədə 2 kitabın, 10-larla məqalənin müəllifidir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir