Modern.az

“Tək bu gün Ermənistana 60 yaralı gətirdilər”- Rusiyalı jurnalist

“Tək bu gün Ermənistana 60 yaralı gətirdilər”- Rusiyalı jurnalist

4 Oktyabr 2020, 09:46

Ermənistanın Qarabağa yaxın hospitalına durmadan çoxsaylı yaralılar daşınır və onların arasında ağır yaralılar çoxdur.

 

Modern.az xəbər verir ki, bu haqda Znak.com Rusiya portalının müxbiri xəbər verib.

Yaralıları hospitala həm təcili yardım maşınları, həm yerli sakinlər daşıyır. Tibb müəssisəsinin əməkdaşları hospitalın yerini göstərməməyi xahiş ediblər ki, Azərbaycan pilotsuz təyyarələri ora zərbə endirə bilər.

Lakin virtualaz.org söhbətin Gorus hospitalından getdiyinə əmindir.

 

Rusiya internet-qəzetinin müxbiri hospitalın rəis müavini ilə danışa bilib. Təhlükəsizlik baxımından o, adını açıqlamaq istəməyib. İxtisasca cərrah olan rəis müavini deyib ki, son iki gün yaralıların sayına görə ən ağır günlər olub.

 

“Bütün sutka boyu yaralıları əməliyyat edirik, son yeddi gün ərzində mən uzağı altı saat yatmışam. Bəli, başa düşürəm ki, daha sonra bu mənə ziyan vuracaq, amma hələlik işləmək istəyirəm, yuxum gəlmir. Yəqin ki, hansısa adrenalin kompleksidir”,-o deyib.

 

Həkim bildirib ki, yaralıları hospitala hərbçilərlə yanaşı yerli sakinlər də danışır. Çoxları öz yaxınlarının taleyini öyrənmək üçün hospitalın qarşısına toplaşıb. Onlar həm də yaralıları boşaltmağa kömək edirlər.

 

Hospitalın daha bir əməkdaşı deyib ki, müharibə başlayandan bəri onların əlindən 200-dən çox yaralı keçib. Lakin təkcə oktyabrın 3-də 60 yaralı gətirilib. “Olduqca çox ölən var”,-o bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi