Modern.az

“Türkiyə-Ermənistan münasibətlərinin normallaşması Qarabağ münaqişəsinin nizamlanması ilə bağlıdır”

“Türkiyə-Ermənistan münasibətlərinin normallaşması Qarabağ münaqişəsinin nizamlanması ilə bağlıdır”

21 Yanvar 2010, 19:09

“Türkiyə Dağlıq Qarabağ  münaqişəsi həllini tapmadan Ermənistanla imzalanmış protokolları ratifikasiya etməyəcək”. Modern.az-ın “Armeniya novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Ermənistanın sabiq xarici işlər naziri Aleksandr Arzumanyan bu gün keçirdiyi mətbuat konfransında bildirib. “Türkiyə-Ermənistan münasibətlərinin normallaşması Qarabağ münaqişəsinin nizamlanması və ya Türkiyənin maraqlarına uyğun olaraq nizamlama istiqamətində müəyyən proqresin əldə olunması il sıx bağlıdır”-deyə sabiq XİN başçısı bildirib.  Onun sözlərinə görə, Türkiyə əvvəldən protokolları ratifikasiya  etməyə hazırlaşmayıb, çünki Sürixdə sənədlərin  imzalanmasından sonra Türkiyə rəhbərliyi Türkiyə - Ermənistan prosesini  Qarabağ problemi ilə əlaqələndirməyə başladı. Sabiq nazirə görə, Türkiyə sənədləri ratifikasiya etməmək üçün müxtəlif bəhanələr gətirəcək. Türkiyə XİN-in Ermənistan Konstitusiya Məhkəməsinin  qərarının  protokolların məzmunu ilə uyğun gəlmədiyinə dair verdiyi son bəyanat da bu bəhanələrdən biri olub.     

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı