“Son günlər Ermənistanın mülki əhalini hədəf alması həm yerli ekspertlər, həm də beynəlxalq jurnalistərdən toplanılmış faktlar əsasında Azərbaycan tərəfindən beynəlxalq təşkilatlara təqdim ediləcək”.
Modern.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva bu gün keçirtdiyi brifinqdə deyib.
Leyla Abdullayevanın sözlərinə görə, işğalçı Ermənistan Azərbaycan tərəfinin etdiyi xəbərdarlığa əhəmiyyət vermir:
“Dünən də Xızı və Abşeron əraziləri atəşə tutulub”.
XİN sözçüsü həmçinin işğal altındakı ərazilərə gedən jurnalistlər barədə də danışıb:
“İşğal altındakı ərazilərə yollanmaq istəyən xarici jurnalistlər müvafiq akkreditasiyadan keçərək əraziyə səfər edə bilərlər. Ancaq Ermənistan özbaşına əraziyə jurnalistlər cəlb edir və həmin insanların təhlükəsizliyini təmin etmir. Bir daha deyirik ki, dövlətimizin razılığı olmadan Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edən jurnalistlərin təhüləsiziliyinə Azərbaycan cavabdeh deyil”.