Modern.az

Ağsaqqallar Şurasının sədri: “Bu sevinci xalqımıza yaşadan Prezidentimizə təşəkkürümüz və minnətdarlığımız sonsuzdur” - MÜSAHİBƏ

Ağsaqqallar Şurasının sədri: “Bu sevinci xalqımıza yaşadan Prezidentimizə təşəkkürümüz və minnətdarlığımız sonsuzdur” - MÜSAHİBƏ

6 Oktyabr 2020, 16:43

Modern.az saytı Milli Məclisin komissiya sədri, Respublika Ağsaqqallar Şurasının sədri Eldar Quliyevlə müsahibəni təqdim edir:


Eldar müəllim, sentyabrın 27-dən başlayaraq Ermənistan Azərbaycana qarşı müharibəyə başlayıb. Ordumuzun əzmi nəticəsində düşmənə lazımi cavab verilir. Siz bu gün yaranmış hərbi-siyasi vəziyyəti necə xarakterizə edərdiniz?

- Əslində Ermənistan bu müharibəyə çoxdan hazırlaşırdı. Ermənistan müdafiə nazirinin “Yeni müharibə yeni torpaqlar deməkdir” iddiası hələ yaddaşlardan silinməyib. Bu ilin iyul ayında Tovuz rayonu ilə sərhəddə silahlı münaqişə törətməsi, avqust ayında diversiya qrupu göndərməsi, Baş nazir və müdafiə nazirinin, eləcə də qondarma “Dağlıq Qarabağ Respublikası” prezidentinin vaxtaşırı təxribat xarakterli bəyanatlar verməsi ölkəmizi müharibəyə təhrik etmək idi. Tovuz bölgəsində ordumuz düşmənə layiqli cavab verdi, onun xeyli canlı qüvvəsini və hərbi texnikasını məhv etdi. Ermənistanın diversiya qrupu da müvafiq qurumlarımız tərəfindən zərərsizləşdirildi, qrupun rəhbəri əsir götürüldü. Bütün bunlar, eləcə də son vaxtlar atəşkəs rejiminin intensiv pozulması açıq-aydın müharibəyə hazırlıqların əlamətləri idi. Bu hazırlıqlardan kifayət qədər məlumatlı olan ölkəmizin rəhbərliyi yeni hərbi əməliyyatların Ermənistan üçün fəlakətli nəticələrə səbəb olacağı barədə düşmən ölkəyə xəbərdarlıq etməklə yanaşı beynəlxalq təşkilatları da məlumatlandırırdı. Təsadüfi deyildir ki, BMT-nin yaradılmasının 75 illiyi ilə əlaqədar Təhlükəsizlik Şurasının videoformatda keçirilən sessiyasında çıxış edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ermənistanın müharibəyə hazırladığını tutarlı faktlarla bəyan etdi, Livandan erməni terrorçularını, Suriya və digər Yaxın Şərq ölkələrindən PKK terrorçularını Dağlıq Qarabağa yerləşdirdiklərini diqqətə çatdırdı. Təəsüf ki, nə münaqişənin həlli üçün məsuliyyət daşıyan Minsk qrupunun həmsədrləri, nə də digər beynəlxalq təşkilatlar bu xəbərdarlığa lazımi reaksiya vermədilər. 

Nəhayət sentyabrın 27-də havadarlarına güvənən Ermənistanın hərbi-siyasi rəhbərliyinin növbəti dəfə avantürist təxribat törətməklə hərbi mövqelərimizlə yanaşı yaşayış məntəqələrimizi müxtəlif növ silah və artilleriya qurğularından atəşə tutması Azərbaycanın səbr kasasını daşdıran son damla oldu. Təxribata cavab olaraq Ali Baş Komandanın əmrilə Azərbaycan ordusu cəbhəboyu genişmiqyaslı əks-hücum əməliyyatlarına başlamışdır. Bu əməliyyatları antiterror əməliyyatı kimi dəyərləndirmək daha doğru olardı. İşğal altında olan torpaqlarımızı azad etmək və ölkəmizin ərazi bütövlüyünü bərpa etmək məqsədi güdən Silahlı Qüvvələrimiz düşmənə sarsıdıcı zərbələr endirərək böyük miqdarda döyüş texnikasını sıradan çıxarmış, çoxsaylı canlı qüvvəsini məhv etmişdir. Qısa müddətdə Cəbrayıl şəhəri və rayonun 10-dan artıq kəndi, Tərtər, Ağdərə və Füzuli rayonlarının xeyli sayda yaşayış məntəqələri düşmənlərdən təmizlənmiş, Suqovuşan, Murovdağ və bir sıra çox vacib strateji yüksəliklər ələ keçirilmişdir. Rəşadətli ordumuz müzəffər yürüşünü inamla davam etdirir.      
     
İşğalda olan torpaqların azad olunmasını 30 il müddətində həsrətlə gözləyən xalqımız hər gün, hər saat cəbhə xəbərlərini diqqətlə izləyir, alınan şad xəbərləri böyük coşqu ilə qarşılayaraq bu sevinci bizə yaşadan, qələbələrin memarı olan Prezidentimiz və Ali Baş Komandanımız İlahm Əliyevə dərin təşəkkür və minnətdarlıqlarını bildirir, qəhrəman zabir və əsgərlərimizlə sonsuz qürur duyduqlarını bəyan edirlər.          
     
Hərbi əməliyyatlara başlanılmasının bütün məsuliyyəti Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Belə ki, Azərbaycan rəhbərliyi və xalqı 30 il səbr və təmkin nümayiş etdirmiş, kifayət qədər iqtisadi və hərbi üstünlüyə malik olmasına baxmayaraq münaqişənin sülh yolu ilə həllinə səy göstərmişdir. Bu müddətdə Ermənistan rəhbərliyində çoxsaylı dəyişikliklər olsa da onların mürtəc siyasəti dəyişməmiş, mənasız danışıqlarla vaxtı uzadaraq status-kvonu saxlamağa cəhd göstərmiş, prinsipial razılıqlara yaxınlaşma müsahidə olunduğu məqamlarda müxtəlif bəhanələrlə danışıqları pozmuşlar. Ölkə rəhbərliyinə meydanlardan çiynində çanta, demokratiya haqda populist çıxışlarla gələn və münaqişəni həll etməyi vəd edən hazırkı Baş nazir N.Paşinyan sələflərindən daha sərt mövqə səgiləyərək qısa müddətdə sülhsevər ritorikasını aqressiv siyasətlə əvəzlənmiş, ardıcıl verdiyi təxribat xarakterli sərsəm bəyanatları ilə sülh yolu ilə həll variantının üstündən xətt çəkmişdir. Onun “Qarabağ Ermənistandır” bəyanatı isə danışıqlar aparmağın tamamilə mənasız olduğunu sübut etdi.       
     
Ordumuzun torpaqlarımızı işğaldan azad etməyə inamla davam etdiyi bir vaxtda hərbi əməliyyatları dayandırmağa çağıran beynəlxalq təşkilatlar və böyük dövlətlər öz siyasi və strateji maraqlarını güdərək vaxtında avantürist siyasətə son qoyması üçün Ermənistana təsir göstərmək barədə çağırışlara səssiz qalmasaydılar bu günki vəziyyət yaranmazdı. Antiterror əməliyyatlarının Azərbaycan torpaqlarında işğalçılara qarşı aparıldığı və bu əməliyyatların başlanmasında bilavasitə Ermənistan rəhbərliyinin məsuliyyət daşıdığını Azərbaycan Prezindenti bu günlərdə Rusiya telekanallarına və Əl-Cəzirə telekanalına verdiyi ətraflı müsahibələrdə konkret faktlarla əsaslandırdı.
     
Hazırda Ermənistan iqtisadiyyatının çökdüyü, demoqrafik vəziyyətin bərbad olduğu, xalqla rəhbərlik arasında uçurum yarandığı heç kim üçün sirr deyildir. Azərbaycan isə iqtisadiyyatını inkişaf etdirməkdə, ordu quruculuğunu möhkəmlətməkdə davam etdirir. Azərbaycan xalqı öz Prezidentinə və müzəffər ordusuna güvənir, inanır, Prezidentin ətrafında monolit birliyini nümayiş etdirir. Bu günlərdə ölkəmizdə 50 siyasi partiya bəyanat verərək ordumuza və aparılan əməliyyatlara dəstək verdi. Yalnız Azərbaycanın bu günku gücünü, siyasi qüdrətini gözü götürməyən bir neçə partiya bu bəyanatdan kənarda qaldı.    
     
Azərbaycan ordusu zəfər yürüşünü davam etdirdiyi bir vaxtda düşmən tərəf kobud hərbi cinayətlərə yol verərək Cenevrə konvensiyalarının tələblərini pozur, ordumuzun gücü qarşısında aziz qalaraq məğlubiyyətlərinin əvəzini dinc əhalinin məskunlaşdığı müharibə bölgəsindən uzaq şəhər və kəndlərimizə zərbələr endirməklə çıxırlar. Gəncə, Tərtər, Goranboy, Ağcabədi, Beyləqan, Mingəçevir, Naftalan şəhərlərinə, Abşeron və Xızı rayonlarına raket atmaq xain erməni xislətinin bariz nümunəsidir. Ermənilərin bu dərəcədə barbar olması onların tarixi köklərinin olmaması ilə bağlıdır. Tarixən erməni millətinin mövcud olmadığı faktlarla sübut olunmuşdur. Araşdırmalara görə onlar ayrıca millət olmayıb qaraçılarla yunanların qarışığından ibarət etnik qruplardır. Sivil qaydada münasibətlər qurmaq onlar üçün yaddır. Əsir və girovların dəyişdirilməsi barədə dəfələrlə edilən təkliflərə rəğmən mülki şəxs olan və öz doğmalarının qəbirlərini ziyarət etməyə gedən Şahbaz və Dilqəmin girov götürülərək günahsız yerə neçə illərdir ki, həbsdə saxladıqlarını xatırlamaq kifayətdir.
     
Ölkə başçısı xalqla yaratdığı səmimi münasibətə görə sevilir. Onun bu günlərdə Birinci Vitse-prezident Mehriban xanım Əliyeva ilə birlikdə torpaqlarımızın müdafiəsi uğrunda yaralanan hərbçilərimizi ziyarət etməsinə diqqət çəkmək istərdim. Mehriban xanımın yaralı əsgərlərlə görüşdə keçirdiyi insani hisslər, göz yaşları onun bir ana olaraq əsgərlərimizə münasibətini göstərdi. O mənzərə hamımızı kövrəltdi.       
     
Mən həmişə arzu etmişəm ki, torpaqlarımız bizim vaxtımızda azad edilsin, bu missiya gələcək nəsillərə miras qalmasın. Şükürlər olsun ki, arzularımız yerinə yetir. Ali Baş Komandanımızın rəhbərliyi altında ordumuzun zəfər çalacağına, bayrağımızın Şuşada, Xankəndində, işğal altında olan digər şəhər və rayonlarımızda dalğalanacağına əminik. Ermənilərin Xankəndindən qaçmağa başlaması qələbənin yaxında olmasını göstərir.

- Yeri gəlmişkən, bu yaxınlarda Azərbaycan Ağssaqqallar Şurasının sədri seçildiniz. Ağsaqqallar Şurasının hərbi məsələlərə münasibətini bilmək istərdik.

- Bilirsiniz ki, ağsaqqal yaşa görə müəyyən edilmir. Bu tarix boyu belə olub. İnsanın davranışı, mənəviyyatı, ağayanalığı,alicənablığı ona ağsaqqal kimi hörmət qazandırır. Əvvəllər bizim qəsəbələrdə, kəndlərdə ziyalılar ağsaqqal kimi seçilərdi. Bizim ən böyük istəyimiz ağsaqqalın yanında olmaq idi. Ağsaqqal adlandırılan şəxsi maraqlar güdməməlidir. Şəxsi maraq oldusa, ona ağsaqqal deyə bilmərik. Bizim İdarə Heyətində 6 müavin var. Çünki biz işlərimizi bölgələr üzrə yüksək səviyyədə görməyə çalışırıq. Cənab Prezidentin bizə tövsiyəsi də o oldu ki, ağsaqqal sözünü sözdə deyil, əməldə lazımi işlər görməklə doğruldaq. İndi ölkə başçısı ictimai nəzarətin gücləndirilməsində çox maraqlıdır. Təbii ki, biz həm də bu funksiyanı yerinə yetirəcəyik. Hansısa məmur vətəndaşla qanuni şəkildə rəftar etmirsə, onun hansısa probleminə dəstək olmursa, niyə o kürsüdə oturub? Biz vətəndaşın dövlətdən, məmurdan razı qalmasının tərəfdarıyıq, əlimizdən gələn qədər köməyimizi göstərməliyik. Prezidentimizin, dövlətimizin, xalqımızın yanında olacağıq. Nizamnaməmizdə dəyişiklər edilib və təsdiqlənməsi üçün Ədliyyə Nazirliyinə göndərmişik. Ağsaqqallar Şurası hesabatlı qurum olacaq. Hesab edirəm ki, işlərimiz yüksək səviyyədə qura biləcəyik.
     
Ağsaqqallar Şurasının hərbi məsələlərə münasibətinə gəldikdə isə biz münasibətimizi Şuranın bəyanatı ilə bildirmişik. Xalqımızı ölkə başçısı ətrafında daha sıx birləşməyə çalışmaqla yanaşı hər bir ağsaqqalın yaşından asılı olmayaraq gənclərlə yanaşı döyüşlərdə iştirak etməyə hazır olduğunu, ordumuzun tezliklə zəfər qazanacağına əmin olduğumuzu bəyan etmişik.

- Milli Məclisdə Komissiya sədri də seçildiniz....

- Milli Məclisin sentyabrın 30-da keçirilən iclasında mənə etimad göstərərək Hesblama Komissiyasının üzvü seçildim. Nizamnaməyə əsasən 7 nəfərdən biri sədr seçilməli idi. 6 nəfər həmkarım mənə etimad göstərdi. Sədr seçdilər. Həmkarlarımın bu etimadını doğrultmağa çalışacağam.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir