Modern.az

Ermənistan hərbi cinayətlərə görə məsuliyyətə CƏLB OLUNMALIDIR - ÇAĞIRIŞ                  

Ermənistan hərbi cinayətlərə görə məsuliyyətə CƏLB OLUNMALIDIR - ÇAĞIRIŞ                  

Analitika

5 Oktyabr 2020, 16:09

Azərbaycan torplaqlarını 30 ilə yaxın müddətdə işğal altında saxlayan, Qarabağ və ətraf rayonlarda etnik təmizləmə siyasəti yürüdən Ermənistan hazırda işğalçılıq siyasətinin doğurduğu nəticələrlə üz-üzə qalıb.

 

Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatı nəticəsində uzun illər işğal altında qalan torpaqlar düşməndən azad edilir.

Torpaqlarımızın azad olunacağı və bütün məcburi köçkünlərin öz yurd-yuvalarına dönməsi heç kəsdə şübhə doğurmur.

Bundan sonra, dağılmış ərazilərin bərpası, partlamamış mərmi və hərbi –sursatlardan təmizləməsi və müharibənin fəsadlarını aradan qaldıracaq digər addımlar atılmalıdır.

Bununla paralel, 28 illik işğalın Azərbaycana vurduğu iqtisadi-sosial zərər, insanların məcburi köçürülməasi, etnik təmizləmə və hərbi cinayətlərə görə, Ermənistanın Azərbaycana vurduğu maddi zərərin miqdarı hesablanmalıdır.

 

Xüsusən, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələrinin Qarabağ müharibəsində törədilən ən kütləvi qətliama görə - Xocalı soyqırımına görə Ermənistan, onun keçmiş rəhbərliyi, o cümlədən eks-prezidentlər Robert Koçaryan və Serj Sarkisyan məsuliyyətə cəlb olunmalıdır.

Onların törətdiyi qətliam beynəlxalq hüququn soyqırımı və hərbi cinayət barədə müəyyən etdiyi bütün kriteriyalara cavab verir.

 

Birləşmiş Millətlər Təşkilatı 1948-ci il dekbarın 9-da “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiya qəbul etmişdi. Həmin Konvensiya İkinci Dünya Müharibəsi ərzində Almaniya rəhbərliyinin yəhudilərə qarşı milli-dini nifrət zəmnində törətdiyi soyqırımı ilə bağlı olub.   

Bu konvensiyanın 2-ci maddəasinə əsasən, soyqırımı hər hansı milli, etnik, irqi və ya dini qrupun qismən və ya bütövlükdə məhv edilməsi məqsədilə törədilən aşağıdakı hərəkətlərdən biridir: 
a) bu cür qrup üzvlərinin öldürülməsi;
 b) bu cür qrup üzvlərinə ağır bədən xəsarətlərinin və yaxud əqli qabiliyyətinə ciddi zərər yetirilməsi; 
c) qəsdən hər hansı bir qrupun tam və ya qismən fiziki məhvini nəzərdə tutan həyat şəraiti yaradılması; 
d) bu cür qrup daxilində doğumun qarşısını almağa yönəlmiş tədbirlərin həyata keçirilməsi; 
e) bir insan qrupuna mənsub olan uşaqların zorla başqa qrupa verilməsi. 


Konvensiyanın 3-cü maddəsinə görə, aşağıdakı əməllər cəzalandırılandır: soyqırımı; soyqırımı törətməyə yönəlmiş gizli sövdələşmə; soyqırımı törətməyə birbaşa və açıq təhrik; soyqırımı törətməyə yönəlmiş qəsd; soyqırımıda iştirak. 

Göründüyü kimi, konvensiyanın əksər maddələri Qarabağ müharibəsi dövründə törədilən Xocalı soyqırımı ilə yanaşı, Qaradağlı, Ağdaban, Başlıbel və s. onlarla kütləvi qətl aktlarına uyğun gəlir.

Bu qətliamı törədənlərin məsuliyyətə cəlb olunması, ölənlərin və yaralananların ailələrinə təzminat ödənilməsi, cinayət faktına görə, məsuliyyətini etiraf edərək üzv istənilməsi rəsami Yerevanın üzərinə düşən tələblər olmalıdır.

 

İşğal və qətl faktlarına görə, kompensasiya ödənilməsi faktına dair çoxsaylı sübutlar mövcuddur. Bunun ən məşhur nümunəsi 1952-ci ildə Almaniya dövləti ilə İsrail arasında yəhudi soyqırımına görə, repatriasiyanın ödənilməsi ilə bağlıdır. Həmin qanun Almaniya dövlətinin 6 milyon yəhudinin ölümnə görə, hüquqi məsuliyyət daşıdığını təsbit etdi və rəsmi Berlin İsrailə milyardlarla dollar kompensasiya ödədi.

Əsas kriteriya olaraq, yaxın və doğmaların ölümü, sağlamlıq, azadlıqdan məhrumetmə, əmlak itkisi, kapital itkisi, diskriminasiya xarakterli vergi qaydaları, professional fəaliyyətin məcburi yarımçıq saxlanılması və sığorta polislərinin ödənilməməsi və s. idi.

Almaniya dövləti birdəfəlik və aylıq ödənuişlər etməklə Holokosta görə, dövlət olaraq tam məsuliyyəti üzərinə götürdü. Ölkə rəhbərliyi hər il Holokost qurbanlarının xatirəsini anır və yəhudi xalqı qarşısında üzrxahlıq edir.

                                                                                                                              

Birinci Qarabağ müharibəsində törətdiyi müharibədən nəticə çıxarmayan Ermənistan rəhbərliyi isə qondarma rejimin rəhbəri Araik Arutunyanın dili ilə Azərbaycanı hədələyir və Gəncə, Mingəçevir, Abşeron, Beyləqan, Tərtər, Gornaboy, Bərdə və s. rayonların dinc sakinlərini, infrastuktur obyektlərini ağır artilleriyadan atəşə tutaraq növbəti hərbi cinayət törədir.

Dövlət siyasəti terror və işğalçılıq olan Ermənistan bu cinayətlərə görə mütləq beynəlxalq hüquq qarşısında cavab verməlidir.

Bunun üçün Azərbaycanın fəal işə başlaması zamanıdır. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı