Modern.az

“Ermənistana qarşı beynəlxalq məhkəmələrdə iddialar qaldırmaq lazımdır” - Fərid Şəfiyev

“Ermənistana qarşı beynəlxalq məhkəmələrdə iddialar qaldırmaq lazımdır” - Fərid Şəfiyev

Aktual

5 Oktyabr 2020, 16:14

Qarabağ uğrunda şiddətli döyüş əməliyyatları 9-cu günfdür ki, davam edir. Düşmən isə tək cəbhədə deyil, mülki əhalinin yaşadığı ərazilərdə də təxribatlarını davam etdirir, bir çox şəhərlərimiz bombalanır.

Rəsmi məlumata görə, Ermənistanın təcavüzü nəticəsində sentyabrın 27-dən indiyə qədər 25 mülki şəxs qətlə yetirilib, 127 nəfər isə yaralanıb. Artıq Azərbaycan xalqı günahsız insanlara qarşı bu cür amasızlıq göstərən Ermənistanın cəzalandırılması, beynəlxalq məhkəmələrə müraciət haqqında qətiyyətli tələb irəli sürür.

Bu barədə Modern.az-a danışan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiev bildirib ki, Ermənistan təxribatları məqsədli şəkildə törədib:

“Ermənilərin bu hərəkətdə iki məqsədi var; birincisi, əhali arasında vahimə yaratmaq. Lakin Azərbaycan xalqı üçün bunlar önəmsizdir. Bu taktika 1992-1993-cü illərdə istifadə olunub. İkincisi isə məsələyə üçüncü dövlətləri cəlb etmək, hərbi hədəfləri susdurmaqdır. Qəsdən Ermənistan ərazisindən bu təxribatlar həyata keçirilir ki, cavab zərbəsi alanda “Azərbaycan bura hücum etdi” deyə təxribat yaysınlar. Təbii ki, burda müəyyən qaydalar var, Cenevrə konvensiyaları əsas götürülür. Dünən Mingəçevir ərazisində törətdikləri təxribat tamamilə müharibə qaydalarına, beynəlxalq qaydalara ziddir. Bunlar haqqında sistemli olaraq cinayət işləri aparılmalıdır. BMT-nin öz məhkəməsi, Avropanın İnsan Hüquqları Məhkməsinə müraciət edilməlidir. İndiki məsələdə əməliyyatlar davam edir”.


F.Şəfiyev qeyd edib ki, Beynəlxalq Qızıl Xaç Komitəsi də bəyanat qəbul edib:

“Orada hər iki tərəfə də müraciət olunur ki, konvensiyalara, müharibə haqda olan hümanitar hüquqa uyğun münasib qaydalara əməl olunsun. Bunların hamısını yığmaq və vaxtı gələndə iddialar qaldırmaq lazımdır. Biz ilk olaraq bu məsələləri tam olaraq öz ölkəmizdə həll etdikdən sonra, beynəlxalq məhkəmələrə müraciət edə bilərik”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?