Modern.az

Sumqayıtda yeni avtobus dayanacaqları quraşdırılır

Sumqayıtda yeni avtobus dayanacaqları quraşdırılır

Təhsil

22 Yanvar 2010, 09:34

Sumqayıtda sərnişinlərin rahatlığının tam təmin edilməsi məqsədilə yeni avtobus dayanacaqları quraşdırılır. Artıq şəhər ərazisində 43 yerdə yeni avtobus dayanacaqları quraşdırılıb, ümumilikdə  52 yerdə beton tökülüb. Sumqayıt şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, şəhərin Sülh küçəsində 11, Koroğlu prospektində 15, H.Əliyev prospektində 14, Ü.Hacıbəyov küçəsində 1, Z.Hacıyev küçəsində 3, S.Vurğun küçəsində 1, Bakı küçəsində 6, 20 Yanvar küçəsində  isə 1 ədəd dayanacaq quraşdırılıb, hazırda quraşdırılmış yeni dayanacaqların ətraf ərazilərinə tamet döşənir. Qeyd edək ki, ümumilikdə şəhər ərazisində 65 ədəd yeni avtobus dayanacaqlarının quraşdırılması nəzərdə tutulub. 
 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır