Modern.az

Milli Məclisin komitə sədri ABŞ azərbaycanlılarını fəal olmağa ÇAĞIRDI

Milli Məclisin komitə sədri ABŞ azərbaycanlılarını fəal olmağa ÇAĞIRDI

Parlament

6 Oktyabr 2020, 10:47

Milli Məclisin  İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkishili ABŞ-da yaşayan azərbaycanlılara müraciət edib.

Modern.az-ın məlumatına görə, müraciətdə deyilir:

“Əziz ABŞ-da yaşayan həmvətənlərimiz!
Bildiyimiz kimi hazırda qüdrətli silahlı qüvvələrimiz zəfər yürüşünü davam etdirir. Buna imkan verməməyə çalışan erməni lobbisi bütün dünyada, xüsusilə də ABŞ çox fəallaşıb. İndiyə qədərki  aqressiv və nifrət dolu fəaliyyətlərindən nəticə ala bilməyən erməni lobbisi Konqresdə Nümayəndələr Palatasının müzakirəsinə Azərbaycana qarşı 1165 saylı qətnamə çıxarmağa hazırlaşırlar.

Hazırda ABŞ-da Azərbaycan icmasının üzvləri 1165 saylı qətnamənin qəbulunu dayandırmaq üçün imzatoplama kampaniyası təşkil edib, bununla yanaşı, hər kəs yaşadığı ştatı təmsil edən Nümayəndələr Palatasının üzvlərinə telefon açır, məktub yazıb, Azərbaycan həqiqətlərini çatdırırlar.

Əziz həmvətənlər! Yaşadığınız ərazidə yerli, ştat və federal səviyyədə sizi təmsil edən Nümayəndələr Palatasının və Senatın üzvlərini hazırkı durumla bağlı məlumatlandırmaq üçün onlara məktublar göndərin, zənglər edin, Twitter-də fəal olun və bu postda yerləşdirilmiş linklərə daxil olmaqla imzatoplama kampaniyasına qoşulun.

Hər birinizin əməyi Vətən Müharibəsində qələbəmizi daha da yaxınlaşdıracaq!

//www.votervoice.net/AZERI/Campaigns/77593/Respond?fbclid=IwAR1C2kjhBVDvoUYzu-7sIxSEhHLXz0BWUGJMPawMyNstKuBIoTN65QH9mT4

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü