Modern.az

Milli Məclis Suqovuşan adının bərpasını təsdiqlədi

Milli Məclis Suqovuşan adının bərpasını təsdiqlədi

6 Oktyabr 2020, 12:03

"Azərbaycan Respublikasının Tərtər rayonunun Madagiz kəndinin Suqovuşan adlandırılması haqqında" qanun layihəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.

 

Modern.az xəbər verir ki, qanun layihəsi barədə Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov danışıb.

 

Layihə Prezident İlham Əliyev qanunvericilik təşəbbüsü ilə Milli Məclisə göndərilib.  

 

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Prezidentin çıxışı Ermənistanı silkələdi: Sevan yoxdur, Göyçə var!