“Bu gün bütün vətəndaşlarımızın nümayiş etdirdiyi həmrəylik qələbəmizin yaxınlaşdığının göstəricisidir”
Modern.az xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Soltan Məmmədov deyib.
O bildirib ki, beynəlxalq təşkilatlar ermənilərin mülki əhalini və obyektləri atəşə tutmasına reaksiya vermir:
“Bu, təəssüf doğurur. Biz görürük ki, beynəlxalq təşkilatlar qəbul edilən qərarları icra etmək gücündə deyil. BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən, beynəlxalq hüququn bütün prinsiplərinə riayət etməklə işğal altında olan torpaqlarımızın işğaldan azad olunması uğrunda mübarizə aparırıq”.