Modern.az

Deputatlarımız AŞ PA-nın qış sessiyasına gedirlər

Deputatlarımız AŞ PA-nın qış sessiyasına gedirlər

22 Yanvar 2010, 09:57

Yanvarın 25-dən 29-dək Strasburqda Avropa Şurası Parlament Assambleyasının qış sessiyası keçiriləcək. Sessiyada Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, təşkilatda daimi nümayəndə heyətimizin rəhbəri Səməd Seyidovun başçılıq etdiyi deputat qrupu iştirak edəcək. Milli Məclisin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə deputatlar Gültəkin Hacıbəyli, Aydın Abbasov, Sabir Hacıyev, Rafael Hüseynov, Aydın Mirzəzadə və Aynur Quliyeva daxildir.
Sessiyada Assambleya Bürosunun və Daimi Komitənin görülən işlər barədə hesabatı dinləniləcək, Ukraynada keçirilmiş prezident seçkilərinin müşahidəsi, Orta Şərqdə vəziyyət, Bosniya və Herseqovinada demokratik təsisatların fəaliyyəti, insan alverinə qarşı mübarizə, demokratik cəmiyyətdə lobbiləşdirmə, məhkəmə korrupsiyası, Türkiyədə qeyri-müsəlman azlıqlar və Frakiyada (Şərqi Yunanıstan) müsəlman azlığın hüquqları, Albaniya tərəfindən öhdəliklərin yerinə yetirilməsi və digər mövzularda fikir mübadiləsi aparılacaq.
İclaslarda nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və deputatlar çıxış edəcək, gündəlikdəki məsələlərə münasibət bildirəcəklər. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər