Modern.az

Paşinyanın müşaviri Ermənistanın mülki əhalini hədəf aldığını etiraf ETDİ

Paşinyanın müşaviri Ermənistanın mülki əhalini hədəf aldığını etiraf ETDİ

Dünya

6 Oktyabr 2020, 23:17

Erməni keçmiş nazir dinc əhalini vurduqlarını etiraf etdi

 

Modern.az xəbər verir ki, Ermənistanın keçmiş müdafiə naziri, baş nazir Nikol Paşinyanın müşaviri Vaqarşak Arutyunyan açıq şəkildə etiraf edib ki, Ermənistan məqsədyönlü şəkildə Azərbaycanın dinc əhalisini atəşə tutur.

 

“İndi biz topçuları vurmaq taktikasını hazırlayırıq. Və gələcəkdə çaxnaşmaya səbəb olmaq üçün dinc yaşayış məntəqələrinə zərbə vuracağıq...", - deyə Vaqarşak Arutyunyan "Rusiya 1" telekanalında yayımlanan "Vesti" verilişinə müsahibəsində bildirib.

 

Rus jurnalistlərin Nikol Paşinyanın müşavirinin açıq şəkildə müharibə cinayətlərini etiraf etdiyini anlayaraq, çıxışı qəfildən kəsərək xeyriyyə konsertindən kadrlarla süjetə davam etməsi diqqətdən yayınmayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır