Modern.az

Cəbhə gündəliyi: 6 oktyabrda nələr oldu... - Rəsmi XƏBƏRLƏR

Cəbhə gündəliyi: 6 oktyabrda nələr oldu... - Rəsmi XƏBƏRLƏR

Qarabağ

6 Oktyabr 2020, 23:47

İşğalçı Ermənistanla sentyabrın 27-sindən başlayan qanlı müharibənin 10-cu günü başa çatıb. Oktyabrln 6-da da cəbhədə şiddətli döyüşlər davam edib.


Azərbaycan Ordusu düşmənə əks-hücumla cavab verərək, rəşadətlə irəliləməkdədir.


Modern.az saytı Azərbaycan Müdafiə Nazirliyinin oktyabrın 6-da yaydığı rəsmi məlumatların xülassəsini təqdim edir:

- İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Çaxırlı kəndinin videogörüntüləri yayılıb.

- Ələ keçirilən düşmən qənimətlərinin videogörüntüləri yayılıb.

- Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xüsusi xidməti müşavirə keçirilib.
Müşavirədə aparılan əks-hücum əməliyyatında hazırda mövcud olan vəziyyət təhlil olunaraq düşmən qüvvələrinin planlı, məqsədyönlü və ardıcıl darmadağın edilməsinin davam etdirilməsi tapşırılıb.
Müdafiə naziri qoşunlara azad olunmuş ərazilərdə həyati əhəmiyyətli və ilkin zəruri tədbirlərin görülməsinə göstəriş verib.

- Müdafiə naziri Zakir Həsənov düşmən tərəfindən “İsgəndər” əməliyyat-taktiki raket komplekslərinin tətbiq olunacağı halda adekvat tədbir görüləcəyini bildirib.

- Nazir Zakir Həsənov Azərbaycan Ordusuna arsenalındakı yüksək dəqiqlikli və böyük dağıdıcı qüvvəyə malik silah növlərini tətbiq etməklə düşmən tərəfinin hərbi-strateji infrastrukturuna böyük zərbələr endirməyi planlaşdırmağı əmr edib.

- Ermənistan silahlı qüvvələri Yevlax, Goranboy və Beyləqan rayonlarının ərazilərini atəşə tutub.

- Azərbaycan Ordusunun bölmələrinin ələ keçirdiyi düşmənə məxsus zirehli texnikalar nümayiş etdirilib.

- Ermənistanın Azərbaycan Respublikasına qarşı hərbi təcavüzündə xarici muzdlulardan, o cümlədən İraq və Suriya ərazisindən gətirilmiş kürd terrorçu qruplaşma üzvlərindən fəal istifadə etdiyi ifşa olunub.

- Ələ keçirilən düşmən postu və qənimətlərin video görüntüləri yayılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır