Modern.az

27 ildən sonra doğma evinə qayıdan cəbrayıllı zabit - FOTO

27 ildən sonra doğma evinə qayıdan cəbrayıllı zabit - FOTO

Reportaj

7 Oktyabr 2020, 01:07

Qarabağ cəbhəsinin Cəbrayıl rayonu istiqamətində uğurlu əks-hücum əməliyyatları gerçəkləşdirən rəşadətli Azərbaycan Ordusu irəliləməkdədir.

Cəbrayıl rayonunun iki gün öncə işğaldan azad edilmiş Horovlu kəndində çəkilmiş bir fotoşəkil oktyabrın 7-nə keçən gecə sosial şəbəkələrin trendinə çevrilib.

Modern.az-ın məlumatına görə, şəkildə Azərbaycan Silahlı Qüvvələrinin Cəbrayıl rayonundan olan mayoru Camal Qəmbərov əks olunub. O, 7 yaşında tərk etmək məcburiyyətində qaldığı doğma Horovlu kəndindəki həyətlərində şəkil çəkdirib.

Düz 27 ildən sonra yenə həmin həyət, həmin bağ... Camal Qəmbərovun hisslərini onun çöhrəsindən oxumaq olur, daha əlavə şərhə ehtiyac yoxdur.

Təbrik edirik cənab zabit, uğurlar Azərbaycan Ordusu!


A.Qorxmaz

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir