Modern.az

Düşmənin məhv edilən döyüş texnikasının yeni SİYAHISI

Düşmənin məhv edilən döyüş texnikasının yeni SİYAHISI

7 Oktyabr 2020, 11:40

Bu gün ərzində Azərbaycan Ordusu müəyyən olunan istiqamətlərdə irəliləyərək, yeni dayaq məntəqələrini azad etməklə ərazini düşmən qüvvələrdən təmizləyib.

 

Bu barədə Modern.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. 

 

Döyüşlərdə düşmənin xeyli sayda canlı qüvvəsi, hərbi texnikası və digər döyüş vasitələri məhv edilib.

 

Sentyabrın 27-dən oktyabrın 7-si saat 05.30-dək düşmənin ümumi itkiləri aşağıdakı kimidir:
 

- 250-dək tank və digər zirehli texnika;
 

- 270-dək artilleriya, yaylım atəşli raket sistemləri, minaatan;
 

- 60-dək hava hücumundan müdafiə vasitələri;
 

- 11 komanda-idarəetmə və komanda-müşahidə məntəqəsi;
 

- 8 silah-sursat anbarı;
 

- 150-dək avtomobil texnikası;
 

- 1 ədəd “S-300” zenit-raket kompleksi.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı