Modern.az

“Putinlə İlham Əliyev Qarabağ barədə qısa danışıblar” – Kreml

“Putinlə İlham Əliyev Qarabağ barədə qısa danışıblar” – Kreml

7 Oktyabr 2020, 14:18

Bu gün Azərbaycan və Rusiya prezidentləri arasında telefon danışığı baş tutub.

 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, tərəflər Qarabağda yaranmış vəziyyəti müzakirə ediblər.

“Bəli, telefon danışığı olub. Prezident İlham Əliyev Putini ad günü münasibətilə təbrik edib və tərəflər Qarabağ münaqişəsini qısaca müzakirə edib. Dialoq davam edəcək” - deyə Putinin mətbuat katibi Dmitri Peskov açıqlama verib.           

 

Peskov deyib ki, Kollektiv Təhlükəsizlik və Müqavimət Təşkilatının (KTMT) öhdəlikləri Ermənistandan fərqli olaraq, Dağlıq Qarabağa aid deyil.

 

                                                                                  

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub