Modern.az

Cəbhə gündəliyi: 7 oktyabrda nələr oldu... - Rəsmi XƏBƏRLƏR

Cəbhə gündəliyi: 7 oktyabrda nələr oldu... - Rəsmi XƏBƏRLƏR

Qarabağ

7 Oktyabr 2020, 23:56

 

İşğalçı Ermənistanla sentyabrın 27-sindən başlayan qanlı müharibənin 11-ci günü başa çatıb. Oktyabrın 7-də də cəbhədə şiddətli döyüşlər davam edib.


Azərbaycan Ordusu düşmənə əks-hücumla cavab verərək, rəşadətlə irəliləməkdədir.


Modern.az saytı Azərbaycan Müdafiə Nazirliyinin oktyabrın 7-də yaydığı rəsmi məlumatların xülassəsini təqdim edir:


- Oktyabrın 7-ə keçən gecə bütün cəbhə boyu döyüşlər davam edib.
Cəbhənin müxtəlif istiqamətlərində qoşunlarımız ötən günlərdə qazanılan nailiyyəti genişləndirmək məqsədilə döyüş əməliyyatları aparıb. Qarşılıqlı artilleriya atışları qeydə alınıb.

- Artilleriya zərbələri nəticəsində Ermənistan silahlı qüvvələrinin 5-ci dağatıcı alayının müdafiə sahəsində komanda müşahidə məntəqəsi sıradan çıxarılıb. Çoxlu sayda ölən və yaralananlar var.

- Artilleriya zərbəsi ilə düşmənin müdafiə sahəsində 1 ədəd tankı və 3 topu sıradan çıxarılıb.

- Əldə olunan məlumata əsasən Ermənistan silahlı qüvvələrinin 1-ci motoatıcı alayında ərzaq çatışmazlığı səbəbindən şəxsi heyətin qida təminatında ciddi problemlər var. Bunun nəticəsi olaraq düşmən bölmələrinin şəxsi heyəti döyüş mövqelərini özbaşına tərk edərək fərarilik edir.

- Düşmənin bəzi istiqamətlərdəki müdafiə sahəsində onun bölmələri arasında qarşılıqlı əlaqənin olmaması nəticəsində bir birinə atəş açılıb, ölən və yaralananlar var.

- İşğaldan azad olunan Cəbrayıl rayonunun Şükürbəyli kəndinin videosu yayılıb.

- Ermənistan silahlı qüvvələri tərəfindən Tərtər, Bərdə Ağdam, Ağcabədi, Füzuli və Cəbrayıl rayonlarının kəndləri atəşə tutulub.


- Düşmənin məhv edilən döyüş texnikasının siyahısı açıqlaıb:


- Gün ərzində Azərbaycan Ordusu müəyyən olunmuş istiqamətlərdə irəliləyərək yeni dayaq məntəqələrini azad etməklə ərazini düşmən qüvvələrdən təmizləyib.

Döyüşlərdə düşmənin xeyli sayda canlı qüvvəsi, hərbi texnikası və digər döyüş vasitələri məhv edilib.

Sentyabrın 27-dən oktyabrın 7-si saat 05.30-dək düşmənin ümumi itkiləri aşağıdakı kimidir:


- 250-dək tank və digər zirehli texnika;
- 270-dək artilleriya, yaylım atəşli raket sistemləri, minaatan;
- 60-dək hava hücumundan müdafiə vasitələri;
- 11 komanda-idarəetmə və komanda-müşahidə məntəqəsi;
- 8 silah-sursat anbarı;
- 150-dək avtomobil texnikası;
- 1 ədəd “S-300” zenit-raket kompleksi.

- Növbəti düşmən texnikalarının məhv edilməsinin videogörüntüsü yayılıb.


- İşğaldan azad olunan Cəbrayıl rayonunun Şəybəy kəndindən video nümayiş etdirilib.


- Tərtər və Füzuli rayonlarının yaşayış məntəqələri Ermənistan ordusu tərəfindən atəşə tutulub.

- Erməni hərbçilərin qaçarkən döyüş meydanında tərk etdiyi texnikaların videogörüntüsü yayılıb. 


- Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində operativ müşavirə keçirilib.

- Oktyabrın 7-si saat 22.00 radələrində Ermənistan-Azərbaycan dövlət sərhədinin Ağstafa rayonu sahəsində düşmən PUA-sı uçuş keçirməyə cəhd göstərib.
Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən aşkar olunan düşmən PUA-sı dərhal məhv edilib.

- Azərbaycan bayrağı Cəbrayıl rayonunun mərkəzində dalğalandırılıb.


- Azərbaycan Ordusu bölmələrinin dəqiq zərbələri nəticəsində cəbhənin müxtəlif istiqamətlərdə Ermənistan silahlı qüvvələrinə məxsus daha bir neçə hərbi texnika məhv edilib. Belə ki, düşmənin 10-dək tankı, 6 ədəd D-20 topu, 1 ədəd “Akasiya” özüyeriyən artilleriya qurğusu, 30-dək avtomobil texnikası və xeyli sayda canlı qüvvəsi sıradan çıxarılıb.


- 1-ci və 7-ci alayın müdafiə sahələrində yerləşən bölmələrin bir qrup əsgəri döyüş mövqelərini özbaşına tərk edərək fərarilik ediblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!