Modern.az

Ölkəmizdə baş verənlər Monteneqro jurnalistlərinin nəzərinə çatdırılıb

Ölkəmizdə baş verənlər Monteneqro jurnalistlərinin nəzərinə çatdırılıb

8 Oktyabr 2020, 09:45
 

Monteneqronun “PR Centar” media mərkəzində Azərbaycanda baş verən hadisələrlə bağlı yerli media nümayəndələri üçün mətbuat konfransı keçirilib.

 

Modern.az xəbər verir ki, KİV nümayəndələri qarşısında çıxış edən Azərbaycan–Monteneqro Mədəni-İqtisadi Mərkəzinin direktoru Seyran Mirzəzadə bildirib ki, Ermənistan silahlı qüvvələrinin bütün cəbhə boyu Azərbaycanın mülki şəxslərinə və hərbi obyektlərinə genişmiqyaslı hücumuna cavab olaraq Azərbaycan ordusunun əks hücum əməliyyatlarına başlaması, bu əməliyyatların ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində Ermənistan tərəfindən illərdir işğal altında saxlanılan ərazilərdə keçirilməsi barədə ətraflı məlumat verib. Azərbaycanın öz tarixi, əzəli torpaqlarını işğaldan azad etmək hüququndan istifadə etdiyini və xalqımızın Azərbaycan Prezidenti İlham Əliyevin ətrafında yumruq kimi birləşdiyinə diqqət cəlb edilib.

 

Azərbaycan Prezidentinin BMT Baş Məclisinin 75-ci sessiyası çərçivəsində çıxışı zamanı Ermənistanın Azərbaycana qarşı yeni hərbi təcavüz hazırladığı barədə beynəlxalq ictimaiyyətə xəbərdarlıq etdiyi, hazırda baş verənlərə görə məsuliyyətin Ermənistanın baş naziri Paşinyanın və Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyü vurğulanıb. "Azərbaycan xalqının heç bir ölkənin ərazisində gözü yoxdur, biz Vətənimizi, dövlətimizi və xalqımızı müdafiə edirik", - deyə soydaşımız əlavə edib.

 

Mətbuat konfransı müxtəlif mənbələrdə geniş işıqlandırılıb.

 

//prcentar.me/clanak/mirzazada-jermenija-da-povue-trupe-iz-azerbejdana-kako-bi-mogli-poeti-pregovori/1393
//m.cdm.me/svijet/planeta/mirzazada-jermenija-da-povuce-trupe-iz-azerbejdzana-kako-bi-mogli-poceti-pregovori/
//www.standard.co.me/svijet/mirzazada-jermenija-da-povuce-trupe-iz-azerbejdzana-kako-bi-mogli-poceti-pregovori/
//kodex.me/clanak/220117/mirzazada-jermenija-da-povuce-trupe-iz-azerbejdzana-kako-bi-mogli-poceti-pregovori

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi