Modern.az

FHN-nin Akademiyasında müdavimlər and içiblər

FHN-nin Akademiyasında müdavimlər and içiblər

22 Yanvar 2010, 10:50

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Ukrayna FHN Mülki Mühafizə Universiteti və Belarus Respublikası FHN Mühəndis-Komandirlər İnstitutunda yeni təhsil alan 59 nəfər azərbaycanlı müdavimin andiçmə mərasimi keçirilib.

Modern.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, mərasimi Akademiyanın rəisi, general-mayor Pənah Süleymanov açıq elan edib. Sonra Azərbaycanın Dövlət himni səsləndirilib, Dövlət bayrağı təntənəli surətdə sıraya gətirilib. Ardınca andiçmə mərasimi olub. Tribunanın önündə düzülən müdavimlər Azərbaycan Respublikasının bayrağı önündə vətənə sədaqətlə xidmət edəcəklərinə and içiblər.

Andiçmə mərasimindən sonra Belarus Respublikası FHN Mühəndis-Komandirlər İnstitutunun müdavimi Elmir Quliyev  çıxış edərək  içdikləri anda daim sadiq qalacaqlarına, ölkəmizin adını uca tutacaqlarına və onu layiqincə təmsil edəcəklərinə söz verib.

Akademiyanın rəisi, general-mayor Pənah Süleymanov gənclərə təhsillərində uğurlar arzulayıb, onların qarşısında dayanan vəzifələrdən danışıb, andiçmə mərasiminə yekun vurub.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır