Modern.az

Macarıstandakı Azərbaycan evində Ermənistanın təxribatlarına etiraz və dövlətimizə dəstək tədbiri keçirilib

Macarıstandakı Azərbaycan evində Ermənistanın təxribatlarına etiraz və dövlətimizə dəstək tədbiri keçirilib

Diaspor

8 Oktyabr 2020, 14:44

Budapeştdə yerləşən Azərbaycan Evində işğalçı Ermənistan ordusunun təxribatlarına etiraz və Azərbaycan ordusunun bu təxribatlara qarşı əks hücum əməliyyatlarında əldə etdiyi qələbələrin qeyd olunması münasibətilə tədbir keçrilib.

 

Macarıstan-Azərbaycan Gənclər Birliyinin təşkilatçılığı ilə keçirilən tədbiri giriş sözü ilə açan təşkilatın İdarə Heyətinin üzvü Rəşad Mehbaliyev iştirakçıları əldə edilən qələbələr münasibətilə təbrik edib. Görüşdə təşkilat üzvləri Ermənistan tərəfinin cəbhə boyunca sivil əhalimizə atəş açması, cəbhədən xeyli aralıda olan yaşayış məntəqələrini və ictimai obyektləri artilleriya atəşinə tutması pislənilib. Bununla əlaqədar Cenevrə Konvensiyasının və beynəlxalq hüquq normalarının pozulmasından dolayı narahatlıq ifadə olunub.

 

Görüşdə iştirak edən Azərbaycanın Macarıstandakı səfirliyinin əməkdaşları görülən işlərdən bəhs edərək gənclərimizi ayıq-sayıq olmağa və mümkün təxribatlardan kənar durmağa səsləyib.

 

Tədbirdə iştirakçılar informasiya müharibəsində iştirakın vacibliyi və metodları barədə geniş fikir mübadiləsi aparıblar. Görüş iştirakçıları belə müzakirələrin və yığıncaqların gələcəkdə də tez-tez keçirilməsi barədə razılığa gəliblər.

 

Tədbirin sonunda Macarıstanda yaşayan Azərbaycanlıların adından bəyanat səsləndirilib və xaricdə yaşayan hər bir həmvətənimizin dövlətimizin yanında olduğu qeyd edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi