Modern.az

Cəbhə gündəliyi: 8 oktyabrda nələr oldu... - Rəsmi XƏBƏRLƏR

Cəbhə gündəliyi: 8 oktyabrda nələr oldu... - Rəsmi XƏBƏRLƏR

Qarabağ

9 Oktyabr 2020, 00:02

İşğalçı Ermənistanla sentyabrın 27-sindən başlayan qanlı müharibənin 12-ci günü başa çatıb. Oktyabrın 8-də də cəbhədə şiddətli döyüşlər davam edib.


Azərbaycan Ordusu düşmənə əks-hücumla cavab verərək, rəşadətlə irəliləməkdədir.


Modern.az saytı Azərbaycan Müdafiə Nazirliyinin oktyabrın 8-də yaydığı rəsmi məlumatların xülassəsini təqdim edir:


- Səhər saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri Goranboy, Tərtər, Ağdam rayonlarının kəndlərini artilleriya atəşinə tutub. Ölən və yaralananlar var.

- Ermənistan silahlı qüvvələri Bərdə və Ağcabədi rayonlarının kəndlərini atəşə tutub. Azərbaycan Ordusu adekvat tədbirlər görüb.

- Əks-hücum əməliyyatları zamanı mənəvi-psixoloji təminat tədbirləri çərçivəsində keçirilən təbliğat-təşviqat işi davam etdirilib.
Şəxsi heyət və cəbhəboyu zonada yaşayan dinc sakinlər tərəfindən ruh yüksəkliyi ilə qarşılanan tədbirlər səyyar səsyayıcı stansiyalar vasitəsi ilə yayımlanan hərbi-vətənpərvərlik mahnı və marşları ilə müşayiət edilib.

- Ermənistan silahlı qüvvələri Bərdə şəhərini atəşə tutub.

- Füzuli rayonunun işğaldan azad olunan Horadiz kəndində erməni hərbçilərin qaçarkən tərk etdiyi zirehli texnikalar bölmələrimiz tərəfindən ələ keçirilib.

- Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən əks-hücum əməliyyatlarında iştirak edən şəxsi heyətin təminat və təchizat məsələləri dərhal həll olunub.

- Döyüş əməliyyatlarının maddi-texniki təminatı ilə bağlı heç bir problem və çətinlik yoxdur. Təminat və təchizatla bağlı qarşıya qoyulan bütün tapşırıqlar vaxtında icra olunub.

- Gecə döyüşləri zamanı Ermənistan silahlı qüvvələrinin hərbi hissəsinin qərargahı, infrastrukturu və silah-sursat anbarlarına artilleriya zərbələri endirilib.

- Ermənistan silahlı qüvvələri Bərdə rayonu ərazisinə “Toçka-U” taktiki raket kompleksindən atəş açıblar.

- Gündüz saatlarında yerdəyişməyə cəhd göstərən düşmənin döyüş texnikası artilleriya atəşi ilə məhv olunub. Düşmən hərbi kolonu darmadağın edilib.

- Düşməndən əldə olunan hərbi qənimətlərin növbəti videogörüntüsünü yayılıb.

-
Ermənistan silahlı qüvvələri Goranboy, Tərtər və Ağdam rayonlarının kəndlərini artilleriya atəşinə tutub. Ordumuzun bölmələri tərəfindən düşmənə qarşı adekvat tədbirlər görülüb.

- Azərbaycan Ordusunun bölmələri düşmənin zirehli texnikasını məhv etməyə davam edib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir