Modern.az

Bakının avtomobil bazarında qiymətlər ucuzlaşıb

Bakının avtomobil bazarında qiymətlər ucuzlaşıb

22 Yanvar 2010, 11:40

«Əmlak Bazarı İştirakçıları» İctimai Birliyinin dekabr ayında təkrar avtomobil bazarında apardığı monitorinqin nəticələrinə görə, bazarda mövsüm üçün xarakterik olmayan passivlik yaranıb. İctimai Birlikdən Modern.az-a verilən məlumata görə, ayın ilk ongünlüyündə avtomobillərin qiymətinə təsir göstərməyən nisbi aktivlik müşahidə olunub ki, bu, bağlanan əqdlərin dinamikasına və qiymətlərə təsir göstərməyib. Buna baxmayaraq dekabrın 2-ci ongünlüyündən sonra bazarda dinamika aşağı düşməyə başlayıb və bu tendensiya ayın sonlarına qədər davam edib. 

 

Dekabrda noyabr ayı ilə müqayisədə təklif azalıb. Təklifin azalmasına baxmayaraq tələb də aşağı düşüb. Ay ərzində satış mərkəzlərinə müraciət edənlərin sayında ötən ayla müqayisədə azalma qeydə alınıb. Bu, bağlanan əqdlərin dinamikasının azalmasına (-2.3%) təsir göstərib.

 

Ay ərzində bazarda orta qiymət əvvəlki ayla müqayisədə 3.1% azalaraq noyabrda qeydə alınan 16100 ABŞ dollarından 15600 dollara enib. Qiymətlərin azalmasına Avropa ölkələrindən, xüsusən də Almaniyadan idxal olunan köhnə avtomobillərin qiymətindəki ucuzlaşma, dolların Avroya nisbətdə tədricən möhkəmlənməsi və tələbin kəskin azalması səbəb olub. 

 

Bazarda müşahidə olunan passivlik avtomobillərin ekspozisiya müddətinin artmasına səbəb olub. Ekspozisiya müddətinin artması, bir əmlak növü kimi avtomobilə olan marağın azalması əmlakın bu növü üzrə risk dərəcəsini artırıb, avtomobillərin likvidlik əmsalı son 3 illə müqayisədə ən aşağı həddə düşüb.

 

Dekabr ayında təkrar avtomobil bazarında araşdırma predmeti olan 6900-dən artıq avtomobilin 39.1%-i bazara məhz dekabr ayı ərzində təklif olunub. Qalan 60,9%-i isə əvvəlki aylardan qalan avtomobillərdir.

 

Üç ildir ki, təkrar bazarda liderliyi böyük fərqlə əldə saxlayan məşhur alman markası «Mercedes-Benz»in təklif üzrə payı ümumi portfeldə yenidən 37,5%-ə enib (azalma 5.6%). Buna baxmayaraq «Mercedes-Benz» ümumi təklif portfelində digər rəqiblərini hələ də böyük fərqlə geridə qoyur.

Ümumilikdə 9 markanın təklif üzrə payı 82,6% təşkil edib. Yerdə qalan 17,4% isə 20-dən artıq şirkətin istehsalı olan 85-ə yaxın avtomarka arasında bölünür. 

 

Təkrar bazara təqdim olunan avtomobillərin illər üzrə bölgüsündə ciddi dəyişiklik baş verməyib. Araşdırmalar göstərir ki, tədricən ili köhnə olan avtomobillərə maraq azalır. 1998-2001-cu illərin istehsalı olan avtomobillərin bazarda 1996-1997-ci illərin markalarını üstələmə tendensiyası davam edir. Bununla yanaşı ili yeni olan avtomobillərə olan marağın artımı təklifdə də ili yeni olan avtomobillərin artımı ilə müşahidə olunur. Ekspertlər hesab edirlər ki, yaxın gələcəkdə bazarda üstünlük 2001-ci ildən bu yana istehsal olunmuş avtomobillərə keçəcək. Monitorinq qrupunun araşdırmaları 1990-2009-cu illəri əhatə edib.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir