Modern.az

Cəbhə gündəliyi: 9 oktyabrda nələr oldu... - Rəsmi XƏBƏRLƏR

Cəbhə gündəliyi: 9 oktyabrda nələr oldu... - Rəsmi XƏBƏRLƏR

Qarabağ

10 Oktyabr 2020, 02:14

İşğalçı Ermənistanla sentyabrın 27-sindən başlayan qanlı müharibənin 13-ci günü başa çatıb. Oktyabrın 9-da da cəbhədə şiddətli döyüşlər davam edib.


Azərbaycan Ordusu düşmənə əks-hücumla cavab verərək, rəşadətlə irəliləməkdədir.


Modern.az saytı Azərbaycan Müdafiə Nazirliyinin oktyabrın 9-da yaydığı rəsmi məlumatların xülassəsini təqdim edir:


- Oktyabrın 9-u səhərədək bütün cəbhə boyu gərgin döyüşlər davam edib.

- Azərbaycan Ordusunun bölmələri mühüm istiqamətlərdə düşmənə atəş zərbələri endirərək onun hərəkət fəaliyyətini tam məhdudlaşdırıb və aktivliyinin qarşısını qətiyyətlə alıb. Görülən tədbirlər nəticəsində düşmən qoşunları arasında idarəetmə və qarşılıqlı əlaqə itib, bölmələri arasında nizamsızlıq yaranıb, şəxsi heyətinin intizamı pozulub, döyüş mövqelərinin tərk edilməsi kütləvi hal alıb.

- Azərbaycan Ordusunun atəş zərbəsi nəticəsində Ermənistan silahlı qüvvələrinin 5-ci dağatıcı alayının qərargah binası dağıdılıb. Nəticədə binada olan 10-cu dağatıcı diviziyanın qərargah rəisi polkovnik Samvel Qriqoryan ağır yaralanıb, alayın artilleriya rəisi polkovnik-leytenant Arman Dermeyan və xeyli sayda hərbi qulluqçu məhv edilib.

- Azərbaycan Ordusunun Xankəndi şəhərinə endirdiyi atəş zərbələrindən ağır itkilərə məruz qalan Ermənistan silahlı qüvvələrinin burada yerləşən hərbi hissələrinin şəxsi heyəti təxliyə edilib. Xankəndidə yerləşən hərbi hissələrdən birinin sığınacağına endirilən artilleriya atəşi nəticəsində xeyli sayda hərbi qulluqçu məhv edilib və yaralanıb.

- Ümumilikdə düşmənin 13 ədəd T-72 tankı, 2 ədəd PDM-i, 4 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 2 ədəd 2S3 “Akasiya” özüyeriyən artilleriya qurğusu, 3 ədəd D-30 haubitsa topu, 2 ədəd radar sistemi və xeyli sayda avtomobil texnikası dəqiq atəşlə məhv edilib və sıradan çıxarılıb.

- Cəbhənin istiqamətlərindən birində həyata keçirilən əməliyyat nəticəsində Ermənistan silahlı qüvvələrinin 49-cu tank briqadasına məxsus 6 ədəd T-72 tankı tam işlək vəziyyətdə ələ keçirilib.

- Cəbrayıl şəhərində Azərbaycan bayrağının dalğalanmasının videosu yayılıb.


- Düşmən Goranboy, Tərtər və Ağdam rayonlarının ərazilərini atəşə tutub.

- Azərbaycan Ordusunun bölmələri mühüm istiqamətlərdə düşmənə atəş zərbələri endirərək onun xeyli sayda hərbi texnikasını məhv edib.

- Düşmən tərəfindən döyüş meydanında tərk edilən digər zirehli texnikaları isə bölmələrimiz tərəfindən tam işlək vəziyyətdə ələ keçirilib.
- Düşmən Bərdə və Ağdam rayonlarının ərazilərini intensiv atəşə tutub.

- Düşmən Mingəçeviri və Ağcabədi rayonunun ərazilərini intensiv atəşə tutub.

- Döyüş əməliyyatları zamanı düşmənin atıb qaçdığı hərbi texnika Azərbaycan Ordusunun hərbi texnikasının rəngində rənglənib.

- Azərbaycan Ordusunun bölmələrinin keçirdiyi döyüş əməliyyatları nəticəsində düşmənin xeyli sayda “Qrad” yaylım atəşli reaktiv sistemi məhv edilib.

 
- Ermənistan ərazisindən Mingəçevir istiqamətdə atılan ballistik hədəf Azərbaycan HHM sistemləri tərəfindən aşkar edilərək 20 kilometrdən artıq hündürlükdə məhv edilib.

- Düşmənin radioelektron mübarizə vasitələri məhv edilib.

- Oktyabrın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib.

- Prezident bildirib ki, 9 yaşayış məntəqəsi - Hadrut qəsəbəsi, Çaylı kəndi, Yuxarı Güzlək kəndi, Gorazıllı kəndi, Qışlaq kəndi, Qaracallı kəndi, Əfəndilər kəndi, Süleymanlı kəndi, Sur kəndi işğaldan azad edilib.

- Sentyabrın 27-dən bəri Azərbaycan Ordusu tərəfindən məhv edilmiş və hərbi qənimət kimi götürülmüş Ermənistanın hərbi texnikasının siyahısı açıqlanıb: 16 komanda məntəqəsi, 196 tank, 38 BM-21, 1 “Uraqan”, 10 özüyeriyən artilleriya qurğusu, - onlardan 8-i “Akasiya”, 2-si “Qvozdika”, - 36 piyadaların döyüş maşını, 24 artilleriya batareyası, 2 RM və ya hava hücumuna qarşı müdafiə vasitəsi, 2 “S-300” kompleksinin buraxıcı qurğusu, 25 OSA zenit-raket kompleksi, 2 KUB zenit-raket kompleksi, 4 “Repelend” radio-texniki maneə vasitəsi, 136 top, 56 minaatan, 1 TOS-1A odsaçan sursatı, 2 radiolakasiya stansiyası, 1 “Kalçuqa” anteni məhv edilib.
Qənimət kimi götürülmüş hərbi texnika aşağıdakı kimidir:
18 tank, 4 top, 22 piyadaların döyüş maşını, 12 minaatan, 4 UAZ maşını, 1 ekskavator, 27 “İqla” kompleksi, 1 ZİL maşını, 9 QAZ maşını.

- Düşmənin əlində Azərbaycan Silahlı Qüvvələrinə məxsus olan bir dənə də hərbi texnika yoxdur.

- Qənimət kimi götürülmüş o hərbi texnikadan indi biz istifadə edirik - 18 tank. Onların tankları indi döyüş meydanında onlara qarşı vuruşur

- Tərtər rayonunun işğaldan azad olunan Suqovuşan kəndinin videogörüntüsü yayılıb.


- Düşmənin atəş mövqeyinə çıxardığı zirehli texnikaları məhv edilib.


- Tərtər rayonunun işğaldan azad olunan Talış kəndinin videogörüntüsü yayılıb.


- Oktyabrın 9-da saat 20:00 radələrində Ermənistan-Azərbaycan dövlət sərhədinin Daşkəsən sahəsində yerləşən Azərbaycan Ordusunun müdafiə mövqelərindən Ermənistan ərazisində atışma səsləri və partlayış müşahidə olunub.
Belə ki, Ermənistanın Vardenis rayonunun Günəşli və Ağyoxuş kəndlərində yerləşən düşmən mövqelərindəki hərbi qulluqçular əvvəlcə müxtəlif atıcı silahlardan bir-birinə doğru atəş açmışlar. Bir az sonra isə Günəşli kəndində partlayış baş verib və yanğın müşahidə olunub.
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi düşmənin bu təxribatını kəskin qınayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır