Modern.az

Qarabağ problemi yoxdur, dünyada bir erməni xəstəliyi var

Qarabağ problemi yoxdur, dünyada bir erməni xəstəliyi var

Ədəbi̇yyat

11 Oktyabr 2020, 03:05

 Xeybər Göyyallı
           

Qarabağ məsələsini “Qordi düyünü”nə çevirən  keçmiş ATƏM-in adı dəyişdirilən indiki varisi ATƏT oldu. Bu, bir xronoloji araşdırma tələb edir.Yəqin ki,  müəyyən qüvvələr tərəfindən sünicəsinə yaradılmış Qarabağ məsələsi haqqında yaxın tarixdə  ciddi elmi-tədqiqat işləri aparılanda bütün təfərrüat və siyasi gedişlər daha ətraflı araşdırılacaq. Ermənipərəst güclərin ATƏT-in Minsk qrupunu yaratmaqda məqsədləri Qarabağ məsələsini  ermənilərin xeyrinə həll etmək idi. Bunu  Qarabağ haqqında gündəlik adi informasiyanı dinləməyən sadə azərbaycanlılar belə bilirlər. Hamımızın bildiyi bir məlum həqiqət də var. ATƏT-in Minsk qrupu  yaradılanda  Fransa onun həmsədrləri sırasında  olmayıb. Sonradan Fransa Türkiyəni əvəzləyib. Əvəzləyib deyəndə, ermənipərəst güclər ciddi-cəhdlə Fransanı qrupa pərçimlədilər. Fransanın özü  bunu daha çox istəyirdi. Fransa ATƏT-in həmsədrliyinə qoşulandan sonra birmənalı olaraq ermənipərəst mövqeyi ilə seçildi və məqam düşəndə  siyasi mövqeyini qabarıq bir formada  nümayiş etdirdi.

ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərini təmsil edən “üçlük”  müəyyənləşdirdikləri qrafik əsasında Cənubi Qafqaza səfərlər edib, ermənilərə göz-qulaq oldular. ATƏT-in Minsk qrupunun məqsədi yaratdıqları “Qordi düyünü”nü monopoliyada saxlamaq idi. Hətta Azərbaycan Avropa Şurasına üzv qəbul olunanda  Qarabağ məsələsini monopoliyada və daimi olaraq nəzarətdə saxlamaq üçün ayrıca bir bənd də yazdırmışdılar. Azərbaycanın Avropa Şurası ilə imzaladığı müqavilədə xüsusi qadağalar, hətta  dolasıyla ermənilərin mənafeyini qoruyan qırmızı xətt müəyyənləşdirilmişdir. Həmin bənddə qət olunmuşdur: Azərbaycan  Qarabağ torpaqlarını yalnız danışıqlar yolu ilə geri qaytara bilər. Bu şərti çığıraraq bəyan  edənlər bu uzun illər ərzində “darıda donuz otardılar”.

Əslində, ermənipərəst qüvvələr “darıdan donuzun çıxmasını” istəmirdilər, əksinə, özgə torpağında donuzların sayını artırmağa çalışırdılar. Dinc yol, sülh və danışıqlar yolu deyərək vaxtı uzatmaq, nəsil dəyişikliyinə nail olmaqla sonda mənfur məqsədlərini həyata keçirmək niyyəti güdürdülər. Alınmadı. “Tarixdə hər hökmü bir zaman verir”.Qoca tarix bu gün daha bir ədalətin zəfərinə şahidlik edir.

Ədalətsizliyi əkib-becərib bəsləyənlərdən bəziləri isə  son  günlər baş verən hadisələrdən  daha çox  həyəcanlanıblar. Bizə görə yox, ermənilərdən bərk narahatdırlar. Qorxurlar ki, birdən ermənilər “Qırmızı kitab”a  düşəcək qədər azala bilərlər. Bu üçlüyün içərisində  canfəşanlıqla daha çox hay-küy salan Fransa yox,  prezident Makron oldu. (Makron hələ bütöv Fransa demək deyil) Elə çığır-bağır saldı ki, hay-həşiri Qarabağda belə eşidildi. Makron özünü Fransa prezidenti kimi yox, lap bir qədər yumşaq desək, illər boyu şovinizmi körükləyən daşnaksütyun partiyasının üzvü kimi apardı. Makron daşnaksütyun partiyasını küncə sıxışdırmış Nikol Paşinyandan da  daha kəskin formada “erməni” xəstəliyinə yoluxduğunu nümayiş elətdirdi.

Tibb elmi erməni xəstəliyinin olduğunu təsdiqləyib. Mədə-bağırsaq sindromu ilə müşayiət olunan həmin xəstəlik tibb elmində erməni xəstəliyi adı ilə tanınır. Bu xəstəliyə tibb elmində təsadüfən erməni xəstəliyi deyilmir. Bu spesifik xəstəlik  erməni xalqının genetikasına daha çox məxsusdur. Bir də dünyada geniş yayılmış bir erməni (buna ermənizm də demək olar) xəstəliyi var. Bu siyasi ermənizm xəstəliyidir. Tibb elmində araşdırılan erməni xəstəliyi klinik baxımdan yoluxucu deyildir, xoşbəxtlikdən irsidir, yuxarıda deyildiyi kimi, yalnız məlum qövmə xas olan patologiyadır. Təəssüflər olsun ki, siyasi ermənizm virusmənşəli olduğundan dünyada bu xəstəliyə yoluxanların sayı xeylidir. İnanıram ki, ermənizmin əsl mahiyyətini  bilməyənlər  nə vaxtsa bu xəstəliyin yaratdığı fəsadlardan hali olacaqlar.Görünür,  qədim peşənin varisləri hələ də əməllərini bu və ya digər formada  ustalıqla davam etdirirlər. İndiyə qədər  qədim peşənin peşəkar davamçıları bu və ya digər səbəblərdən xeyli qabağa  düşüblər. Finikiyadan, Kilikiyadan azıb-təzib gəlib Cənubi Qafqazda  yer-yurd sahibi olublar. Daim arxalarına aldıqlarının sayəsində özgə torpaqlarında özlərinə dövlət qurublar. Burasının belə olduğunu özləri də yaxşı bilirlər. Elə bu səbəbdən özlərinə saxta tarix düzəldirlər ki, azıb-təzdiklərini birtəhər gizlətsinlər. Amma genetik kod heç vaxt itmir. Bu gün də arxa söykədiklərinin hesabına zəbt etdikləri Azərbaycan torpaqlarından  xoşluqla çıxmaq istəmirlər. Xoşluqla çıxmaq istəmirlər, ancaq əllərində silah qaçırlar. Çünki  əzilib-əyilmək  üçün yaranıblar. Ayrı cür də ola bilməz. Belə doğulub, belə yaşayıblar.

Bu məqamda sözümüz bir daha Makronadır. Makron, biz evimizi kənardan atılmış zibildən, əkin-biçin sahəmizi ora soxulmuş donuzdan təmizləyirik. Bu təmizlik işlərini aparmaq üçün kimdənsə icazəmi almalıyıq? Özünə qırmanc vurdurmaq istəməyən , sizin təbirinizcə desək, dillə başa düşən donuz xoşluqla  darıdan çıxar. Donuz  darıdan çıxmayanda, yəqin ki, qırmanclayarlar. Bunları siz də bilməmiş olmazsınız, ancaq  ermənizm imkan vermir ki, haqq-ədalətin yanında olasınız.

Qarabağ problemi, Qarabağ məsələsi.. Uzun illərdir belə deyirik və belə də yazırıq. Əslində, belə bir problem yoxdur. Sözün həqiqi və məcazi mənasında dünyada bir erməni xəstəliyi, erməni məsələsi və ermənizm vardır. Əminəm  ki, bütün dünya bu bəlanın olduğunu  gec-tez etiraf edəcəkdir. Bu xəstəliyin simptomları bütün dünyada özünü  göstərir, ancaq bu və ya digər səbəblərdən bu xəstəliyə qarşı preventiv tədbirlər aparılmır. Bütün dünyada hələ də qəbilə, tayfa təfəkkürü ilə yaşayan və mafiya qanunları ilə idarəolunan ermənilər bütün bəşəriyyət üçün təhlükə mənbəyidir. Harada qəbilə və icma halında erməni varsa, orada torpaq iddiası vardır. Uzaq Efiopiyanın əlifbasından tutmuş  bütün xalqların maddi və mənəvi mədəniyyətini hiyləgərcəsinə oğurlamış bu xalqın bəşəriyyətə nəsə verdiyi şübhə doğurur. Ancaq  bütün mənəvi dəyərlərdən məhrum olan ermənilər özlərini  dünyaya ari və sivil xalq kimi sırıyır. Bəzən bir epizodla insanın və xalqın kimliyinə dəqiq və dürüst  qiymət vermək mümkün olur. Bu günün sivil dünyası erməni xalqının kimliyini bilmək istəyirsə, ermənilərin böyük sevgi bəslədiyi və kitablarını müqəddəs saydıqları Zori Balayanın Xocalı qətliamından bəhs edən kitabını oxusunlar. Onda görərlər ki, adına yazıçı deyilən şəxs insan  əzabından necə ləzzət alır.  Budur, erməni xalqının xarakter və xisləti!

Son hadisələrin yaratdığı siyasi atmosferin görünən tərəflərini təhlil edəndə adamda belə bir inam yaranır ki, deyəsən, dünya gec də olsa ermənizmin mahiyyətindən azacıq da olsa xəbərdardır.Bu, mənim şəxsi gümanımdır. Düzdür, Fransa prezidenti Makronun  həyəcanının, hədsiz narahatlığının şahidi olduq. O, təcili olaraq ABŞ və Rusiya prezidentləri ilə danışdı, onların da imzası olan bir bəyanat verildi. Ancaq ABŞ və Rusiya  prezidentlərinin Makronun təlaş və həyəcanına ciddi yanaşmadığının şahidi olduq. ATƏT-in Minsk qrupunun həmsədrləri olan hər iki dövlətin prezidentləri yaranmış situasiya və özəl dövlət maraqlarına xüsusi önəm verdiklərindən başlanmış yeni prosesə Fransadan çox fərqli  yanaşdılar. Beynəlxalq hüquq və humanizm prinsiplərinə daha çox önəm verən ABŞ və Rusiya  problemin sülh yolu ilə həllini bir daha bəyan etdilər. Çox istərdik ki, Rusiya daim bugünkü ədalətli mövqeyində dayana. Ancaq Rusiyanın  tarixən formalaşmış və çağdaş siyasətində də davam etdirilən erməni sevgisi şübhələrin nə vaxtsa doğru olacağından xəbər verir.

Rusiyanın son davranışları rəhbərliyin Paşinyana olan açıq nifrətindən qidalansa  və yaxın günlərdə yeni (bu köhnə daşnak Koçaryan da ola bilər.Koçaryan Rusiya zabitlərinin müşayiəti ilə Xankəndinə gedir, Qarabağa silah daşınmasına rəhbərlik edir ) bir qatı erməni şovinistinin hakimiyyətə gətirilməsi ilə tamamlanacqsa, bu Rusiyanın növbəti mənəvi iflası olacaqdır. Makron meydanda tək qaldı. Makronun son bəyanatları onu əsl komediya personajının durumuna saldı. Yəqin, çoxları bu fikrlə razılaşar ki, Makron fransız xalqına layiq və yerində olmayan birisidir.O, özündən asılı olmayaraq tez-tez “quş buraxır”.  Bir iki il əvvəl Makron “dərin filosof” olduğunu nümayiş elətdirdi. NATO kimi qüdrətli və analoqu olmayan hərbi güc barədə “kliniki ölüm keçir”,–deyə filosofluq etdi. Bu sərsəm fikri söyləyəndə elə güman edirdi ki, Amerika kəşf edəcəkdir. Bu günlərdə isə daha bir sərsəm fikir söylədi və sayın Ərdoğandan layiqli cavabını aldı. İslamafobiya mərəzinə yoluxan ( Çox güman ki, bu xəstəlik də ona ermənilər tərəfindən yoluxdurulub) Makron islam dinin tənəzzül keçirdiyini söyləyir. Adamdan soruşarlar ki, islamın tərəqqisinin, tənəzzülünün sənə nə aidiyyatı var? Görünür, erməni xəstəliyinə yoluxduğundan qarnı ağrıyır. Mədə pozulanda baş da normal işləmir.

İndiyə qədər monopoliyaya alınmış Qarabağ məsələsi barədə həmsədr ölkələrin təmsilçilərinin, ümumən Qərb ekspert və rəsmilərinin dilindən çox müxtəlif fikirlər səsləndirilir. Məqsədli olaraq labirintə salınmış Qarabağ məsələsi onlar üçün sanki  təcrübə laboratoriyasında olan bir əşyadır. Onunla ürəkləri istədikləri kimi davranırlar. Hər kəs bir təklif sürür. Pol Qobl planından tutmuş nələr yoxdur ki...Son günlər isə Azərbaycanın uğurlarından qorxuya düşənlər bölgəyə sülhməramlı qüvvələrin gətirilməsini  daha çox qabardırlar. Hər kəs öz mənafeyini güdür, hər kəs öz taktikası ilə öz strategiyasını həyata keçirmək istəyir. Azərbaycan unitar dövlətdir, onun dünya tərəfindən tanınan coğrafiyası və ordusunun dayanacağı sərhədləri vardır.  Əminəm ki, Şanlı Ordumuzun son nailiyyətləri  sayəsində bu məkrli söhbətlərə də son qoyulacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?