Modern.az

Almaniyalı jurnalist: \"Azərbaycan Ermənistandan fərqli olaraq mərkəzi şəhərlərə hücum etmir\"

Almaniyalı jurnalist: \

11 Oktyabr 2020, 17:35

"Beynəlxalq səviyyədə tanınmaq və ya dəstək axtarırsınızsa, rəqibin şəhərlərinə ballistik raketlərlə hücum etməyin. Azərbaycan həftələrdir davamlı atəş altındadır".

 

Modern.az xəbər verir ki, bunu Almaniyanın araşdırmaçı jurnalisti, “Bild” nəşrinin Siyasət şöbəsinin məsul redaktoru Yulian Röpke "Twitter"dəki hesabında yazıb.

 

"Azərbaycan isə əksinə, Ermənistanın mərkəzindəki heç bir şəhərə raket zərbəsi endirməyib", - o vurğulayıb.

 

Qeyd edək ki, bu gün səhər saatlarında Ermənistan silahlı qüvvələri Gəncə şəhərinə bir neçə raket atıb. Nəticədə 9 nəfər ölüb, onlarla insan yaralanıb.

 

Xatırladaq ki, Y.Röpke həm də münaqişələr üzrə ekspertdir.

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir