Modern.az

Cəbhə gündəliyi: 11 oktyabrda nələr oldu... - Rəsmi XƏBƏRLƏR

Cəbhə gündəliyi: 11 oktyabrda nələr oldu... - Rəsmi XƏBƏRLƏR

Qarabağ

12 Oktyabr 2020, 05:00

İşğalçı Ermənistanla sentyabrın 27-sindən başlayan qanlı müharibənin 15-ci günü başa çatıb. Oktyabrın 11-də də cəbhədə şiddətli döyüşlər davam edib.


Azərbaycan Ordusu düşmənə əks-hücumla tutarlı cavablar verib.


Modern.az saytı Azərbaycan Müdafiə Nazirliyinin oktyabrın 11-də yaydığı rəsmi məlumatların xülassəsini təqdim edir:


- İşğal altında olan yaşayış məntəqələrinə guya Azərbaycan Ordusunun raket zərbələri endirməsi barədə Ermənistan tərəfinin yaydığı məlumat  təkzib olunub.

- Ermənistanın silahlı qüvvələri Gəncə şəhərini növbəti dəfə atəşə tutub. Çoxlu sayda insan təlfatı qeydə alınıb.

- Ermənistan silahlı qüvvələrinin bölmələri itirdikləri mövqeləri geri qaytarmaq məqsədilə canlı qüvvə və döyüş texnikasını cəmləşdirərək yenidən kiçik qruplarla cəbhənin Hadrut və Cəbrayıl istiqamətlərində hücuma keçməyə cəhd göstərib. Düşmənə atəş zərbəsi vurulmaqla onun bütün hücum cəhdlərinin qarşısı alınıb.

- Azərbaycan Ordusunun keçirdiyi fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi məhv edilib. Eləcə də 5 ədəd T-72 tankı, 6 ədəd D-20 və D-30 haubitsası, 5 ədəd sursatla dolu yük maşını, 11 ədəd digər avtomobil texnikası, 3 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 5 ədəd 2S1 “Qvozdika” özüyeriyən haubitsası, 8 ədəd hava hücumundan müdafiə sistemi və radiolokasiya stansiyası məhv edilib və sıradan çıxarılıb.

- Əldə olunan məlumata əsasən döyüş əməliyyatları nəticəsində Ermənistan ordusunun işğal etdiyi ərazilərdəki əsas qüvvələri və ehtiyatlarına ciddi ziyan vurulub, silah-sursat və yanacaq tükənmək üzrədir. Ermənistan hərbi komandanlığı psixoloji gərginlik, şəxsi heyət isə qorxu içindədir. Erməni əsgərlərin komandirlərinə inamı itib.

- 1-ci, 5-ci və 9-cu motoatıcı alayların döyüş mövqelərini özbaşına tərk edən hərbi qulluqçuların sayı kütləvi hal alıb. Hərbi polis bu cür əsgərlərin məcburən səngərlərə geri qaytarılmasında acizdir.

- Məlumata əsasən canlı qüvvə sarıdan xeyli itki verən düşmən ordusunda ölənlər arasında 1-ci motoatıcı alayın komandirinin müavini polkovnik-leytenant Artak Vanyan da var.

- Oktyabrın 11-i səhər saat 08.00 radələrində Mingəçevir istiqamətində uçuşlar həyata keçirməyə cəhd edən Ermənistana məxsus pilotsuz uçuş aparatı (PUA) Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən məhv edilib.


- İtirdikləri mövqeləri geri qaytarmaq məqsədilə hücuma keçməyə cəhd göstərən düşmənin qüvvə və vasitələri bölmələrimiz tərəfindən məhv edilib.

- Humanitar atəşkəs rejiminə əməl etməyən Ermənistan silahlı qüvvələri döyüş əməliyyatları aparılan ərazidən xeyli aralıda yerləşən şəhər və kəndlərimizi raket və artilleriya atəşinə tutmaqda davam edib.

- Müxtəlif saatlarda Gəncə və Mingəçevir şəhərləri, Goranboy, Tərtər, Ağdam, Ağcabədi, Füzuli və Cəbrayıl rayonlarının kəndləri işğalçı ordu tərəfindən atəşə məruz qalıb. Nəticədə xeyli sayda dinc sakin həlak olub və yaralanıb, mülki infrastruktura ciddi ziyan dəyib.

- Mingəçevir istiqamətində Ermənistana məxsus PUA-nın məhv edilməsi anını vedogörüntülərlə göstərilib.

- Azərbaycan Hərbi Hava Qüvvələri tərəfindən Ermənistan silahlı qüvvələrinin 41-ci əlahiddə artilleriya alayı bölmələrinə havadan endirilən zərbələr nəticəsində düşmən ağır itkilər yaşadıb.
Xeyli sayda canlı qüvvə və hərbi texnika itirən düşmən döyüş meydanını qoyaraq qaçmağa məcbur edilib.


- Bir qrup yerli KİV nümayəndəsi işğaldan azad edilmiş Talış kəndinə səfər edib.

- Cəbrayıl rayonunun işğaldan azad olunan Daşkəsən kəndinin videogörüntüsü yayılıb.


Ermənistan silahlı qüvvələri Ağdam, Tərtər, Ağcabədi və Füzuli rayonlarının kəndlərini atəşə tutub.

- Füzuli rayonunun işğaldan azad olunan Horadiz kəndinin yeni videogörüntüsü yayılıb.


- İşğaldan azad olunan Suqovuşan kəndindən yeni videogörüntülər yayılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı