Modern.az

“Ermənilərə nə əsirləri, nə də meyitləri lazımdır” - Polkovnik

“Ermənilərə nə əsirləri, nə də meyitləri lazımdır” - Polkovnik

12 Oktyabr 2020, 09:36

Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin 11 saat davam edən danışıqlarından sonra hərbi əsirlərin və saxlanılan şəxslərin dəyişdirilməsi və cəsədlərin mübadiləsi üçün Qarabağda oktyabrın 10-u saat 00:00-dan etibarən atəşkəs elan olunub.

Amma erməni silahlı qüvvələri atəşkəs elan olunan andan etibarən Azərbaycanın mövqelərini, mülki əhalini hədəf almaqda davam edib. Bunun nəticəsidir ki, indiyədək Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində 41 mülki şəxs qətlə yetirilib, 205 nəfər isə yaralanıb.

 

Ermənistan silahlı qüvvələrinin 11 oktyabr gecə saat 2 radələrində cəbhə zonasından kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri  Gəncənin mərkəzindəki çoxmənzilli yaşayış binalarını raket atəşinə tutması nəticəsində 3 qadın olmaqla 7 nəfər həlak olub. 16 qadın, 6 azyaşlı olmaqla 34 nəfər yaralanıb, həmçinin 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektlərə ziyan dəyib.

 

Ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov Modern.az-a bildirib ki, ermənilərin humanitar atəşkəs barədə razılaşma əldə edildikdən sonra bu cür addım atması ilk və təəccüblü deyil:

 

“Ermənilər hələ I Qarabağ müharibəsi dövründə atəşkəs elan ediləndə də atəşkəsi pozur və vəziyyəti öz xeyirlərinə çevirmək üçün vaxt qazanmağa çalışırdılar. Sonuncu proseslər göstərdi ki, humanitar atəşkəslə bağlı 11 saatlıq danışıqlar aparılamsına baxmayaraq, erməni öz xislətindən əl çəkmədi. Düşünürəm ki, Moskava danışıqlarından əvvəl Azərbaycan Prerzidenti İlham Əliyevin televiziya vasitəsilə xalqa müraciət etməsi də ölkəmizin mövqeyini ortaya qoydu. Beynəlxalq Qızıl Xaç Komitəsi vasitəsilə humanist addım atılaraq,  meyitlərin və əsirlərin təhvil verilməsilə bağlı müəyyən razılıq əldə edildi. Amma görünür ki, ermənilərə nə əsirləri, nə də meyitləri lazımdır. Onlar bilir ki, Qızıl Xaç Komitəsi vasitəsilə çox sayda meyitin Ermənistana təhvil verilməsi oradakı əsgər analarını, ailələrini ayağa qaldıaracaq və etirazlara səbəb olacaq. Bundan qorxan erməni hərbi siyasi rəhbərliyi Moskva danışıqlarına məhəl qoymaraq, Humanitar atəşkəs rejimini pozdu. Razılıq əldə ediləndən cəbhədə siahara susmayıb. Ermənilər əldə edilmiş razılıqdan istifadə edib, irəliləmək istəyiblər. Amma Azərbaycan ordusu qətiyyətli və düzgün müdafiəsi əsasında cavab atəşilə düşməni çoxsaylı itkilər verməyə, geri çəkilməyə vadar edib”.

 


Polkovnikin sözlərinə görə, dinc əhalinin yaşadığı Gəncə, Mingəçevirin vurulması terrorizmdir və heç bir insanlığa sığmır:


“Bu addımlarının da bir məqsədi var. Daxili auditoriyada qorxuya düşən, narahat olan cəmiyyəti sakitləşdirsinlər ki, guya ermənilər dala çəkilmirlər, ərazi itirmirlər və s. Gəncə və Minəgəçeviri vurmaqla öz uğursuzluqlarını ört-basdır etməyə çalışır, öz cəmiyyətlərini aldadırlar”.

 

Ş.Ramaldanov deyib ki, Azərbaycan situasiyaya tam hakimdir:

“Cənab Prezidentin də dediyi kimi, nəyi, necə, nə vaxt etmək lazım olduğunu bilirik. Koordinasiya olunmuş ordumuz cəbhə boyu üstünlüyə malikdir, bundan kiminsə şübhəsi olmasın. Azərbaycan ordusu Ermənistan işğalçı qüvvələrinə qarşı öz hərbi əməliyyatlarını davam etdirir. Torpaqlarımızı azad etmək uğrunda plana uyğun olaraq, döyüşlər aparılır və düşünürəm ki, Azərbasycan ordusu Gəncədə həlak olmuş mülki şəxslərin qisasını döyüş meydanında, işğalçı ordudan alacaq”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?