Arxiv
12 Oktyabr 2020, 10:57 | ANALİTİKA
Solovyov nə vicdanın, nə də obyektivliyin çəkisini bilir...

Mübariz Əhmədov,
Bakı Slavyan Universitetinin jurnalistika kafedrasının dosenti

 

 

Azərbaycan televiziya tamaşaçılarına daha çox ermənipərəst mövqeyi ilə tanış olan  rusiyalı “telejurnalist” Vladimir Solovyovun beynəlxalq jurnalistikanın etik norma və prinsiplərinə məhəl qoymadan dövlətlərarası qızışdırıcı mövqedən çıxış edərək, üçüncü dövlətə - Rusiyaya Qarabağ müharibəsinə İrəvan tərəfdən qoşulması üçün açıq çağırış etməsi, görünür onun eqoistlikdə “Putindən daha böyük Vladimir” olmaq istəyindən irəli gəlir.

 

O, özünün "Solovyov LIVE” proqramının efirində  oktyabrın 10-da humanitar atəşkəs barədə Moskva razılaşmasından sonra, “Azərbaycan Silahlı Qüvvələrinin Xankəndi, Xocavənd və Şuşa şəhərlərini atəşə tutması” barədə saxta erməni xəbərlərinə münasibət bildirərkən, Azərbaycan tərəfini Rusiya ordusunun məsələyə müdaxiləsi ilə hədələyərək, "Yaxşı. Lavrovu eşitmək istəmirlər, onda Şoyquya qulaq asmalı olacaqlar", - deyə, müharibəyə açıq çağırış etdi.

 

Rusiya Federasiyası Kütləvi İnformasiya Vasitələri haqqında qanunun 51-ci maddəsini - (jurnalistin hüquqlarından sui-istifadənin yolverilməzliyi), kobudcasına pozan Solovyov heç şübhəsiz ki, qanunla müəyyən edilmiş hüquqlarından ictimai əhəmiyyətli məlumatları gizlətmək və ya saxtalaşdırmaq, etibarlı mənbələr adı altında şayiələr yaymağa icazə verilməməsi barədə məlumatlıdır. O, bu qanunun 49-cu maddəsində (Jurnalistin vəzifələri) qeyd olunan - dövlət jurnalistə peşə fəaliyyəti ilə əlaqədar olaraq, ictimai vəzifəsini yerinə yetirən şəxs kimi şərəf, ləyaqət, sağlamlıq, həyat və əmlakının qorunmasına zəmanət verdiyini də bilməmiş deyil. Maraqlıdır, o zaman bəs nədən bu “peşəkar” Solovyov Rusiya Federasiyasının kütləvi informasiya vasitələri ilə bağlı qanunvericilikdə müəyyən edilmiş digər öhdəlikləri daşıdığını anlamaq istəmir? Nədən peşə fəaliyyətini həyata keçirərkən vətəndaşların və təşkilatların hüquqlarına, qanuni mənafelərinə, şərəf və ləyaqətinə (burada, ən azı Rusiyada yaşayan Azərbaycanlıların və onlara aid təşkilatların Red. M.Ə.) hörmət etmək məcburiyyətinin, eləcə də, jurnalist borcu olduğunu qanmır?!

 

Özünü hamıdan ağıllı hesab edən bu “peşəkar telejurnalistin” öz ölkəsinin KİV haqqında qanunlarına barmaqarası baxması qoy bir yana qalsın, görəsən o, heç Beynəlxalq Jurnalistlər Federasiyası tərəfindən Jurnalistlər üçün “Davranış Prinsiplərinin Bəyannaməsi”ndən xəbəri varmı? O zaman qoy bilsin: 25-28 aprel 1954-cü il tarixlərində Bordoda Beynəlxalq Jurnalistlər Federasiyasının İkinci Dünya Konqresində qəbul edilmiş və 2-6 iyun 1986-cı il tarixlərində Helsinkidə keçirilən BJF-nin XVIII Dünya Konqresində dəyişikliklər edilmiş bu bəyannaməyə görə, həqiqətə hörmət və cəmiyyətin həqiqəti tanımaq hüququ hər bir jurnalistin əsas vəzifəsidir.

 

Saxtakar Solovyov bilməlidir ki, peşəkar jurnalist yalnız mənbəyi ona məlum olan məlumatlarla fəaliyyət göstərmək məcburiyyətindədir. O, vacib məlumatlara laqeyd yanaşmamalı və sənədləri saxtalaşdırmamalıdır. Jurnalist ciddi zərər verəbiləcək məlumatları düzəltmək və ya təkzib etmək üçün əlindən gələni etməlidir. Jurnalist mediada yayılmış ayrı-seçkilik çağırışının yaratdığı təhlükənin fərqində olmalıdır, siyasi və ya digər baxışlar, milli, sosial mənsubiyyət, irqi, cinsi, dil, din, ayrı-seçkiliyin təşviq edilməməsi üçün mümkün olan hər şeyi etməlidir. Ermənipərəst mövqeyi ilə seçilən və ictimaiyyətin fikrini daim dolaşdıran rusiyalı “jurnalist” anlamalıdır ki, BJF-nin bu Bəyannaməsinin 8-ci müddüasında - faktların qəsdən təhrif edilməsi və böhtan, təhqir, əsassız ittiham etmə, jurnalistin ciddi peşə pozuntuları hesab edilir. Ancaq, görünür tərcümeyihalı bərbəzəkli - rusiyalı “jurnalist”, tele-radio aparıcısı, yazıçı və üstəlik İqtisadiyyat elmləri namizədi olan Vladimir Rudolfoviç Solovyov nə yazdığının, nə danışdığının, nə vicdanın, nə obyektivliyin, nə də qərəzsizliyin çəkisini düzgün hesablaya bilir.

 

Bütün bunları nəzərə alaraq, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası və Azərbaycan Mətbuat Şurası, Rusiyanın müvafiq qurumlarına – Rusiya Federasiyasının Rəqəmsal İnkişaf, Rabitə və Kütləvi İnformasiya Nazirliyinə, Rusiya Federasiyası Telekom və Kütləvi Rabitə Nazirliyinin "Rusiya Federasiyası Telekom və Kütləvi Rabitə Nazirliyi yanında Regional Televiziya və Radio üzrə Ekspert Şurası”na, Televiziya kanallarını, yayım stansiyalarını, veb saytlarını və istehsal şirkətlərini özündə birləşdirən Ümumrusiya Dövlət Televiziya və Radio Yayımları Şirkətinə və Kommunikasiya, Məlumat Texnologiyası və Kütləvi rabitə sahəsinə nəzarət üçün federasiya xidmətinə, Rusiya elektron mediasının bütün növlərində dövlətlərarası münaqişəyə şərait yaradan, həmçinin, Azərbaycana qarşı əks təbliğata son qoyulması üçün müraciət etmələri, qarşılıqlı əməkdaşlıq zəminində bəlkə də, müəyyən qədər faydalı olardı.


Doğrudur, Azərbaycan Mətbuat Şurası 5 sentyabr 2020-ci ildə beynəlxalq təşkilatlara və xarici media qurumlarına, işğalçı ölkənin hərbi birləşmələrini Azərbaycanın mülki əhalisi ilə yanaşı, bölgədə peşə fəaliyyətini həyata keçirən media təmsilçilərini də hədəfə alması - atəş açması, burada, 29 sentyabr 2020-ci il tarixdə Azərbaycanın İctimai Televiziyasının əməkdaşları Tərtər rayonu ərazisində Ermənistan silahlı birləşmələrinin hücumuna məruz qalması və onların operativ, reallığı əks etdirən obyektiv materiallar hazırlamasına maneçilik törətməsi, həm Azərbaycan, həm də dünya ictimaiyyətinin gerçəkliklərdən xəbərdar olmasının qarşısını alması barədə müraciət edib.

Ancaq, Rusiya Federasiyasında fəaliyyət göstərən media qurumlarının, xüsusən də televiziya və radio kanallarının birtərəfli olaraq, Azərbaycan əleyhinə müxtəlif çalarlarla açıq şəkildə qeyri obyektiv - əks təbliğat aparmasının yolverilməzliyi yuxarıda adı çəkilən qurumlara çatdırılmalı və onlardan Rusiya ictimaiyyətinin Qarabağ həqiqətləri barədə obyektiv informasiya ilə təmin olunması əvəzinə, təhrif olunmuş informasiyaların yayınlanmasının qarşısının alınmasını tələb etmək lazımdır.

 

Əlbəttə, Solovyov və solovyovkimiləri öz eqoistliyindən daşındırıb, beynəlxalq jurnalistikanın etik norma və prinsiplərinə riayət etməyə məcbur etmək çətin məsələdir. Ancaq güman etmək olar ki, onun tabe olduğu qurumlar tərəfindən tənbeh olunmasına nail olmaq, Azərbaycan əlehinə təbliğat aparmasının qismən də olsa qarşısını almış olar.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ermənistan virusun cəngində: 351 yoluxma 17 Yanvar 2021, 11:12 “Fənərbağça” klubu Məsul Özili transfer etdi 17 Yanvar 2021, 11:00 Gürcüstanda koronavirusa yoluxma sayı artdı 17 Yanvar 2021, 10:51 Dələduzlar bankların adlarından istifadə edərək kart məlumatlarını ələ keçirirlər 17 Yanvar 2021, 10:39 Martına qədər virus qurbanlarının sayı 5 milyonu keçə bilər - Alimlərdən xəbərdarlıq 17 Yanvar 2021, 10:29 Co Baydenin itinin “indoqurasiya” mərasimi keçiriləcək 17 Yanvar 2021, 10:20 Sumqayıtda ər arvadını oteldə boğaraq öldürdü 17 Yanvar 2021, 10:10 İcra başçısı müavinini vəzifədən azad etdi 17 Yanvar 2021, 10:00 Trampın vəkili impiçment müdafiəsində iştirak etdiyini açıqladı 17 Yanvar 2021, 09:51 Əfqanıstan yenə də silkələndi: Bu dəfə 6 bal 17 Yanvar 2021, 09:49 Deputat onlayn qəbulda 100-ə yaxın seçicini dinlədi 17 Yanvar 2021, 09:45 "Spikerimiz Mirzoyan türklərin agentidir" - Minasyan 17 Yanvar 2021, 09:39 Manukyan Gümrüyə buraxılmadı  17 Yanvar 2021, 09:28 Sərbəst güləşçilərimiz Fransada 5 medal qazandı 17 Yanvar 2021, 09:14 İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 56-ya çatdı 17 Yanvar 2021, 09:09 Nyu-Yorkda vaksin çatışmazlığı 17 Yanvar 2021, 09:00 İran ABŞ-ın son sanksiyalarını "görüntü cəhdi" adlandırdı 17 Yanvar 2021, 08:54 Son sutkada koronavirusdan 14 mindən çox insan öldü 17 Yanvar 2021, 08:40 2050-ci ilə qədər Yerin temperaturu pik həddə çatacaq 17 Yanvar 2021, 08:31 Şanxay Əməkdaşlıq Təşkilatında sədrlik Tacikistana keçdi 17 Yanvar 2021, 08:15 Əfqanıstan silkələndi 17 Yanvar 2021, 08:08 Antalyadan qalxan təyyarədən Moskvada qəza enişi  17 Yanvar 2021, 07:46 Fransada etirazçılar 12 polisə xəsarət yetirdilər 17 Yanvar 2021, 07:41 Bakıda 32 yaşlı kişi tanışını bıçaqladı 17 Yanvar 2021, 07:36 Almaniyanın gələcək kansleri bu şəxs ola bilər 17 Yanvar 2021, 01:00 “Çelsi” derbidə qalib gəldi 17 Yanvar 2021, 00:46 İranın ballistik raketi ABŞ gəmisinin həndəvərinə düşdü 17 Yanvar 2021, 00:31 Şanxay Əməkdaşlıq Təşkilatında sədrlik Tacikistana keçdi 17 Yanvar 2021, 00:15 Rusiyada koronavirusun 1500 mutasiyası tapılıb 17 Yanvar 2021, 00:04 Rusiya Müdafiə Nazirliyindən Qarabağ açıqlaması 16 Yanvar 2021, 23:50 Kəlbəcərdə ev yandı - FHN söndürdü 16 Yanvar 2021, 23:43 İranda karantin qaydaları daha da sərtləşdirilə bilər 16 Yanvar 2021, 23:31 Türkiyə Super Liqasında qollu heç-heçələr 16 Yanvar 2021, 23:16 Fransa yenə qarışdı 16 Yanvar 2021, 23:01 Messi Super Kubokun finalında oynamayacaq? 16 Yanvar 2021, 22:50