Modern.az

Qarabağ döyüşləri dünya silah bazarında nələri dəyişəcək?..

Qarabağ döyüşləri dünya silah bazarında nələri dəyişəcək?..

12 Oktyabr 2020, 14:00

Azərbaycan Ordusu Qarabağ döyüşlərində XXI əsrdə hərbi əməliyyatların hansı istiqamətdə cərəyan edəcəyini canlı şəkildə göstərdi.

13 günlük döyüşlər zamanı düşmənin çoxeşelonlu dərin müdafiə xəttini yaran Azərbaycan əsgəri ən müasir silah və texniki vasitələrdən istifadə edərək, minimum itkilər qarşılığında ciddi uğurlar qazandı.

 

Modern.az xəbər verir ki, döyüşlərdən hasil olan ən bariz nəticə zirehli texnika və artilleriya vasitələrinin zərbə xaraktetli pilotsuz uçuş aparatları qarşısında tam gücsüz olduğunu ortaya qoydu.

Əsasən, keçmiş Sovet İttifaqından qalmış zirehli texnika və Hava Hücumundan Müdafiə Sisteminə malik Ermənistan müasir PUA-lar qarşısında tam gücsüz qaldı. SSRİ-nin hərbi sənayesi PUA-ları aşkar etmək və məhv etmək üçün nəzərdə tutulmadığı üçün onların effekivliyi xüsusilə aşağı olub. Bunu dünya silah bazarının oyunçuları, döyüşləri diqqətlə izləyən xarici alıcılar da nəzərə alıb.

 

“Dünya ölkələri dronlara qarşı mübarizə aparacaq modernləşdirilmiş, yaxud ən müasir Hava Hücumundan Müdafiə sistemlərinə maraq göstərəcəklər. Potensial alıcılar xüsusilə, yaxın və orta mənzilli Hava Hücumundan Müdafiə sistemlərinə maraq göstərəcək”- deyə rusiyalı hərbi ekspert Aleksandr Qolts açıqlama verib.

Onun fikrincə, özünü ən yaxşı tərəfdən nümayiş edirən Türkiyəyə məxsus pilotsuz uçuş aparatları da potensial alıcıların diqqətini cəlb edib.

 

“Hələlik yalnız ilkin nəticələr barədə danışa bilərik. Bu nəticələr idarəetmə sistemi, kəşfiyyat, radioelektron mübarizə, rabitə və dəqiq hədəfi göstərən vasitələrin tank və artilleriyadan qat-qat vacib olduğunu ortaya qoydu”- deyə ekspert əlavə edib.

O, Rusiya silahları arasında döyüşlərdə ciddi dağıntı və itkilərə yol aça bilən reaktiv yaylım atəşi sistemlərinin xarici alıcılar üçün maraq kəsb edəcəyini də söyləyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir