Modern.az

Prezident Hadrutdan danışdı, növbəti tivit-in anonsunu verdi: “Elan edəcəyik”

Prezident Hadrutdan danışdı, növbəti tivit-in anonsunu verdi: “Elan edəcəyik”

Ölkə

12 Oktyabr 2020, 14:29

“Müzəffər Azərbaycan Ordusu hər gün yeni hərbi uğurlara imza atır. Hər gün, demək olar ki, hansısa bir şəhər və ya kənd işğaldan azad edilir, yaxud həmin kəndlər nəzarət altına alınır”.

 

Modern.az xəbər verir ki, bunu Türkiyənin “Haber Global” televiziya kanalına müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyev söyləyib.

 

“Bu gün deyə bilərəm ki, bir neçə yaşayış məntəqəsi bizim tam nəzarətimiz altındadır. Sadəcə olaraq o yaşayış məntəqələrinə biz hələ girməmişik. Çünki hərbi nöqteyi-nəzərdən buna ehtiyac yoxdur. Ancaq müəyyən müddətdən sonra biz növbəti elanlar edəcəyik. Ona görə bütün cəbhə boyu istiqamətlərdə Ermənistan məğlubiyyətə uğrayır və belə olan halda öz heyfini mülki əhalidən çıxarmaq istəyir”, - Prezident bildirib.


Hadrutun azad olunmasından danışan ölkə başçısı əlavə edib ki, Azərbaycan Ordusu düşmənin müdafiəni səddini bir neçə yerdən yarıb?

“Hadrutun bütün ətrafı bizim nəzarətimizdədir. Şəhərdə də biz varıq. Amma şəhərə girək ya girməyək – bu, başqa məsələdir. Bizim qarşımızda elə bir siyasi vəzifə yoxdur ki, bu gün oranı, sabah digər yeri elan edək. Bəzi hallarda biz kəndləri, şəhərləri azad edirik, ancaq 1-2 gün sonra açıqlama veririk. Bunun da taktikası var”.

Prezident deyib ki, düşmən Hadrutu yenə işğal altına salmaq üçün bir neçə dəfə cəhd göstərib.

"Mənə bu səhər verilən məlumata görə, bu gecə Ermənistandan gəlmiş xüsusi təyinatlılardan ibarət böyük bir qrup Hadrutu yenidən işğal etməyə çalışıb. 

Halbuki strateji nöqteyi-nəzərdən bunun Ermənistan üçün o qədər də böyük önəmi yoxdur. Sadəcə, olaraq gedib orada selfi çəkdirmək, yaxud öz əhalisinə hesabat vermək üçün belə addım atırlar. Azərbaycan Ordusu o böyük qrupu zərərsizləşdirdi. Orada bu gecə Ermənistanın verdiyi qurbanlar Paşinyanın məsuliyyətsiz və yırtıcı siyasətinin qurbanlarıdır”,

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir