Modern.az

Azərbaycanda saç əkdirən kişilərin sayı çoxalıb - FOTOLAR

Azərbaycanda saç əkdirən kişilərin sayı çoxalıb - FOTOLAR

2 İyul 2012, 15:18

Keçəllərin saç əkdirməsi günümüzün estetik əməliyyatlarından birinə çevrilib. Keçəllik əsasən kişilərin qarşılaşdığı problemdir. Bu problemin həllində ən əsas metod saç əkilməsidir. Bəzi kişilər üçün bu problem bir o qədər əhəmiyyət kəsb etməsə də, saçın tökülməsindən psixoloji narahatçılıq keçirən güclü cinsin nümayəndələri az deyil.
Onu da qeyd edək ki, keçəllik ancaq kişilərdə deyil, qadınlarda da müşahidə edilir. Lakin kişilərlə müqayisədə qadınlar bu problemlə daha az qarşılaşırlar.
Deyilənə görə, bundan qurtulmağın yeganə yolu saç əkdirməkdir. Saç əkilməsi məhdud keyləşdirmə altında başın arxasından alınan saçlı dərinin folliküllərə, yəni saç köklərinə ayrılaraq başın saçsız olan hissəsinə yenidən paylanmasıdır.

Tanınmış cərrah Vaqif Qələndirli sözügedən problemdən əziyyət çəkənlərin çoxalması fikrinə şərikdir. Onun sözlərinə görə, saç tökülməsinin kökündə genetik məsələlər dayanır, yəni nəsildə varsa, müəyyən yaşdan sonra həmin nəslin nümayəndələrində də saç tökülməsi müşahidə olunur.

Həkim deyir ki, depresiyya, hormonal problemlər də saçların sağlamlığına mənfi təsir göstərir. Tibb sahəsində olan yeniliklər bir çox problemlər kimi, bu problemi qismən aradan qaldırmağa qadirdir.

V.Qələndərli Modern.az-a deyib ki, indi keçəlləşən insanların bəziləri başlarına saç əkdirirlər. Saç transplantasiyası isə xeyli bahalı əməlliyat olsa da, bu əməliyyatla müraciət edənlərin sayı istər ölkəmizdə, istərsə də dünyada  kifayət qədərdir. V.Qələndərlinin sözlərinə görə, saç trasplantasiyasını bütün insanlara şamil etmək olmaz. Sözügedən əməliyyatın müxtəlif üsulları var: “Saçı tək – tək köçürmək və toxuma genişləndirici qoyub onu şişirdərək böyüdüb yerləşdirmək üsulu var. Əməliyyatın bir seansı 5- 6 saat çəkir və olduqca ağır əməliyyatdır“.

V.Qələndərli eyni zamanda bildirib ki, bu əməliyatları hayata keçirməzdən əvvəl problemin yaranma səbəbi dəqiq olaraq müəyyənləşdirilməlidir. Yalnız bundan sonra düzgün müalicə tətbiq oluna bilər.

Saç tökülməsi faktına yaşayış mühitinin də təsirsiz ötüşmədiyini vurğulayan həkim eyni zamanda bildirib ki, radiasiya olan yerlərdə saç tökülməsinə daha çox rast gəlinir. Saçların tökülməsi hava və su faktorlarla da də sıx bağlıdır.
Ancaq bu problemin Azərbaycanın hansı bölgələrində daha aktiv olduğu hələki müəyyənləşdirilməyib. Yağlı dəriyə sahib olan insanlar bu problemlə daha çox qarşılaşırlar. Cərrah bu problemdən əziyyət çəkən insanların, eləcə də vitamin çatışmazlığı olan şəxslərin “B6” qrup vitaminlərdən istifadə etməklə problemin həllinə müəyyən qədər nail ola biləcəklərini  də bildirib.  

Bu problemin gündəmdə olduğunu nəzərə alaraq Modern.az-ın əməkdaşı saç əkdirən tanınmışlardan münasibət öyrənib. Bilmək istədik ki, tanınmışların əkdirdiyi saç başlarında qalıb, yoxsa müvəqqəti vaxtdan sonra tökülüb gedir?

Aktyor, “Bacanaqlar” serialının, ssenari müəlliflərindən olan Elnur Hüseynov başına saç əkdirdiyini və özünü normal hiss etdiyini deyib:

“Saç əkdirmişəm və saçım var. Biri 1 manata başa gəlir. Bir gün əvvəl qan analizi götürülür və yoxlanılır. Əməliyyat 5-6 saat çəkir. Heç bir narahatçılığım yoxdur. Çox adam deyir ki, bu komplekslə bağlıdır. Bu heç də belə deyil. Kişilər kosmetikadan istifadə etmir, dodaqlarını və gözlərini düzəltdirmirlər. Kişilərdə xarici görünüşdə əsas məqam saçın olmasıdır. Saçını darayırsan, çıxıb gedirsən. Bu baxımdan saç olmalıdır”.

“AV production”un rəhbəri, ANS telekanalında aparıcı Azər İsmayılov da saç əkdirib və heç bir problemin olmadığını bildirib.

“Əksinə, hər şey yaxşılığa doğru gedir. Əladı və hamıya məsləhət görürəm. Kim edəcəksə peşman olmayacaq. Hər kəs istəyər ki, saçı olsun. O vaxtı cavan idim və həmin illərdə saçlarım tökülmüşdü. Yenidən bərpa eləməyə ehtiyac var idi və etdim. İnamım yox idi ki, belə yaxşı olar, amma yaxşı oldu. Hər adamda da belə alınmır”.

Azərbaycanda da saç əkdirənlər az deyil. Bu sırada həm kişilər, həm də qadınların olduğu bildirilir. Keçəlliyə dözməyib saç əkdirmək kimi bahalı əməliyyata gedənlər arasında bir sıra tanınmış sənər adamları var.

Keçəlliyi özünə dərd edib saç əkdirən sənət adamlarımızın sırası xeyli genişdir. Məsələn, müğənnilər Cavanşir Məmmədov, Elariz Məmmədoğlu, xanəndə Zakir Əliyev, tarzən Elçin Həşimov və digərlər.
“Saçımla bağlı bəzi problemlərim var idi. Odur ki, həkimə müraciət etdim” deyən Cavanşir Məmmədov bu haqda danışmağı xoşlamır.

Estrada müğənnisi Elariz Məmmədoğlu bu əməliyyatı İstanbulda etdirib.



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Anar Kəlbiyev

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir