Modern.az

Səlim Müslümov 100 yaşlı pensiyaçı ilə görüşüb

Səlim Müslümov 100 yaşlı pensiyaçı ilə görüşüb

22 Yanvar 2010, 13:06

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov 100 yaşı tamam olan, 1910-cu il təvəllüdlü əmək pensiyaçısı Qasımov Qaraş Savalan oğlunu qəbul edib.  Fondun ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, ömrünün 100-cü ilini yaşayan Q.Qasımova can sağlığı diləyən S.Müslümov onu ad günü münasibətilə təbrik edib. DSMF sədri bildirib ki, Azərbaycanda əhalinin sosial müdafiəsinin iqtisadi inkişafın əsas məqsədi kimi müəyyənləşdirilməsi və bu siyasətin Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə həyata keçirilməsi sayəsində pensiyaçılara dövlət qayğısı ilbəil artıb. Q.Qasımovun əmək fəaliyyəti dövründə respublika sənayesinin inkişafına xüsusi xidmətlər göstərdiyini vurğulayan S.Müslümov onun ömrünün bu yaşında da ictimai fəallığının gənc nəsil üçün bir nümunə olduğunu bildirib. Fond sədri 100 yaşlı pensiyaçıya ən xoş arzularını çatdırıb və ona xatirə hədiiyyələsi təqdim edib.

Öz növbəsində Q.Qasımov ona göstərilən bu diqqətə görə təşəkkürünü bildirib. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə genişmiqyaslı işlərin həyata keçirildiyini vurğulayaraq əlavə edib ki, son illər əmək pensiyaçılarının sosial müdafiəsi istiqamətində də mühüm addımlar atılıb. Görüşdə keçdiyi ömür yolu barədə məlumat verən Q.Qasımov hazırda özünü gümrah hiss etdiyini və ömrünün qalan illərində də yaşadığı Bakının Nərimanov rayonunun ictimai həyatında yaxından iştırak edəcəyini bildirib.

Qeyd edək ki, Q.Qasımov yaşa görə əmək pensiyası alır və onun pensiyasının məbləği 227,38 manat təşkil edir.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
İsrail cavab verəcəyini ELAN ETDİ - İranda qorxu var...