Modern.az

Müxalifət lideri Lukaşenkoya 3 şərt İRƏLİ SÜRDÜ

Müxalifət lideri Lukaşenkoya 3 şərt İRƏLİ SÜRDÜ

Dünya

13 Oktyabr 2020, 15:28

Belarus müxalifətinin lideri Svetlana Tixanovskaya prezident Aleksandr Lukaşenkoya ultimatum verib.

Modern.az xəbər verir ki, müxalifət lideri ölkə başçısından istefa verməyi, küçələrdə zorakılığı dayandırmağı və bütün siyasi məhbusların azad olunmasını tələb edib.

 

Tixanovskaya bu tələblərin icra olunmayacağı təqdirdə ölkə boyu bütün müəssisələrdə tətil, yolların bağlanması və dövlət dükanlarından alış-verişin boykot edilməsinə başlayacaqlarını söyləyib.  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir