13 oktyabr tarixi üzrə ümumi təhsil müəssisələrində koronavirusa yoluxma ilə bağlı rəsmi məlumat açıqlanıb.
Təhsil Nazirliyindən Modern.az-a verilən məlumata görə, koronavirusa 14 şagird və 4 müəllim yoluxub.
Hərarəti 37 dərəcədən yüksək olan şagirdlərin sayı 13, işçi heyətinin sayı isə 3 nəfər olub.
Daha 2 sinif və 4 məktəb distant təhsilə keçirilib. Ümumilikdə distant təhsilə keçirilən siniflərin sayı 52, məktəblərin sayı isə 24-dür.
Bundan əlavə, 5 sinif əyani təhsilə qaytarılıb.