Modern.az

Ermənilər Tərtəri top atəşinə tutdu, 2 icra nümayəndəsi ağır yaralandı

Ermənilər Tərtəri top atəşinə tutdu, 2 icra nümayəndəsi ağır yaralandı

14 Oktyabr 2020, 10:53

Ermənistan silahlı qüvvələrinin Tərtər rayonunun yaşayış məntəqələrini atəşə tutması nəticəsində 6 nəfər xəsarət alıb.

 

Modern.az xəbər verir ki, Trend-in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, ermənilərin rayon ərazisini top atəşinə tutması nəticəsində ilkin olaraq 4 nəfər mülki şəxs yaralanıb.

 

Yaralıları çıxarmağa cəhd edər Tərtər rayon İcra Hakimiyyəti başçısının Düyərli kənd ərazi icra nümayəndəsi Zeynalov Ramiz Surxay oğlu və Tərtər rayon İcra Hakimiyyəti başçısının Ələsgərli kənd ərazi icra nümayəndəsi Əhmədov Kamran Vəliyəddin oğlu ağır xəsarətlər alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir