Modern.az

İnternetdə ilk qeyri-latın domenlərinin yazılışına icazə verildi

İnternetdə ilk qeyri-latın domenlərinin yazılışına icazə verildi

22 Yanvar 2010, 14:05

İnternetdə domen adlarının idarə olunması ilə məşğul olan ICCAN Beynəlxalq Qeyri-Kommersiya Təşkilatı qeyri-latın əlifbası ilə yazılmış ilk domen adlarının tətbiqinə dair razılıq verib. ICANN-dan kiril və ərəb hərfləri ilə yazılmış domenlərə dair ilkin razılığı Rusiya, Misir, Səudiyyə Ərəbistan və BƏƏ alıblar.

"Today"in məlumatına görə, "bu hadisə internet tarixində dönüş yaradacaq” - deyə ICANN-ın icraçı direktoru və prezidenti Rod Bekstrom bəyan edib.
Yeni domen adları ilə işləyə biləcək elektron poçt əlavələri üçün texniki standartların artıq hazır olmasına baxmayaraq istifadəçilər elektron poçt adlarının yazılışı üçün hələ ki latın əlifbasından istifadə etməli olacaqlar. ICANN-a daxil olan səkkiz dillə bağlı qalan 16 ərizəyə təşkilatda hazırda baxılır.
 

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir