Modern.az

Bu gündən şagirdlərin elektron yerdəyişməsinə yenidən başlanır

Bu gündən şagirdlərin elektron yerdəyişməsinə yenidən başlanır

Təhsil

15 Oktyabr 2020, 09:28

Bu gün saat 11:00-dan etibarən şagirdlərin elektron yerdəyişməsi prosesi davam etdiriləcək. 

 

Təhsil Nazirliyindən Modern.az-a verilən məlumata görə, şagird yerdəyişməsinin elektronlaşdırılması üzrə sistemdən istifadə üçün www.sy.edu.az portalına daxil olaraq qeydiyyatdan keçmək lazımdır.

 

Şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılmasına, valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə yardım edir.

 

Qeyd edək ki, sentyabrın 11-dən şagirdlərin elektron yerdəyişməsi (www.sy.edu.az) portalında siniflərin komplektləşdirilməsinin təmin edilməsi səbəbindən sorğuların qəbulu müvəqqəti dayandırılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?