Modern.az

ATƏT-in İrəvan ofisi: “Prezidentlərin Soçi görüşündə bəzi irəliləyişlər gözlənilir”

ATƏT-in İrəvan ofisi: “Prezidentlərin Soçi görüşündə bəzi irəliləyişlər gözlənilir”

22 Yanvar 2010, 14:18

Qazaxıstanın ATƏT-ə yeni sədrliyi dövrü  Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə yeni impuls verəcək. Modern.az Ermənistanın “Panarmenian” saytına istinadən xəbər verir ki, bu barədə ATƏT-in İrəvan ofisinin rəhbəri Sergey Kapinos bildirib. Onun sözlərinə görə, DQ nizamlanması üzrə danışıqlar prosesində müxtəlif mərhələlər-enişlər, gözləntilər, hərəkətsizlik olub. “Bir şeyi deyə bilərəm ki, ATƏT sədri kimi Qazaxıstanın ilk olaraq Cənubi Qafqaza səfərə gəlmək barədə qərarı Astananın münaqişənin həllinə yüksək marağından xəbər verir, ümid edirəm ki, Qazaxıstanın ATƏT sədrliyi nizamlama prosesinə yeni impuls verəcək və danışıqlar prosesinin səmərəliliyinə müsbət təsir göstərəcək”-deyə Kapinos bildirib.

 

ATƏT rəsmisi qeyd edib ki, Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin yanvarın 25-də Soçidə keçiriləcək görüşündən bəzi irəliləyişlər gözləməyə dəyər. “Soçi danışıqları bəzi müsbət proqresi və nəticələri üzə çıxara bilər” deyən Kapinos bununla belə, prosesin mürəkkəb olduğunu və Soçi görüşünü gözləməyi məsləhət görüb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi