Modern.az

Baş Nazir təhsilin dayandırılması barədə qərar imzaladı

Baş Nazir təhsilin dayandırılması barədə qərar imzaladı

Təhsil

16 Oktyabr 2020, 10:41

Baş Nazir Əli Əsədov xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı əlavə tədbirlər barədə  qərar imzalayıb.

Modern.az-ın məlumatına görə, qərarda aşağıdakılar qeyd edilib:

1. Azərbaycan Respublikasının ərazisində 2020-ci il 19 oktyabr tarixindən 2 noyabr tarixinədək:

1.1. məktəbəqədər, məktəbdənkənar və əlavə təhsil müəssisələri istisna olmaqla, bütün təhsil müəssisələrində əlavə tətil günləri (ümumi təhsil müəssisələrində payız tətili ilə əvəz olunmaqla) müəyyən edilsin;

1.2. məktəbəqədər, məktəbdənkənar və əlavə təhsil müəssisələrinin fəaliyyəti dayandırılsın.

2. Azərbaycan Respublikasının Təhsil Nazirliyi, tabeliyində təhsil müəssisələri olan digər icra hakimiyyəti orqanları və dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və özəl təhsil müəssisələrinin təsisçiləri bu Qərarın icrası ilə bağlı zəruri tədbirlərin görülməsini təmin etsinlər.

Whatsapp
Bizə yazın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub