Modern.az

ABŞ-ın Çikaqo şəhərində Gəncə terrorunu pisləyən AKSİYA

ABŞ-ın Çikaqo şəhərində Gəncə terrorunu pisləyən AKSİYA

17 Oktyabr 2020, 12:47

Aksiya Çikaqo şəhərində  keçirilib və iştirakçılar Ermənistan silahlı qüvvələrinin dinc əhalini hədəf almasını, ölkəmizin müxtəlif  şəhər və rayonlarında onlarla günahsız insanın qətlə yetirilməsini, mülki obyektlərin dağıdılmasını kəskin şəkildə pisləyiblər. Aksiya iştirakçıları cəbhə bölgəsindən uzaqda yerləşən Gəncə şəhərinin gecə saatlarında ağır artilleriya atəşinə tutulmasını erməni vandalizminin bariz nümunəsi olduğunu qeyd ediblər.

 

Modern.az xəbər verir ki, Azərbaycanın Gəncə və Mingəçevir şəhərlərinin, Tərtər, Goranboy, Bərdə, Yevlax, Ağdam, Ağcəbədi və digər rayonlarının ağır artilleriya atəşinə tutulması Ermənistanın Azərbaycana qarşı apardığı təcavüzkar siyasətin göstəricisidir. Aksiya iştirakçıları mülki əhaliyə qarşı törədilən cinayətləri pisləyərək, beynəlxalq ictimaiyyəti  erməni vəhşiliyini qınamağa və ərazi bütövlüyünün bərpası istiqamətində apardığı haqlı mübarizədə Azərbaycanı dəstəkləməyə səsləyiblər.

 

Aksiyada Azərbaycan Respublikasının Dövlət Himni ilə yanaşı İstiqlal marşı oxunub,  müxtəlif dillərdə “Qarabağ Azərbaycandır!”, “Gəncə cəbhə zonası deyil!”, “Erməni terroruna son!”, “Uşaqları öldürməyin!”, “Mülki şəxsləri öldürməyin” “Biz terrora yox deyirik”, “İşğalçı dövləti dəstəkləməyin!”,  “Biz ədalət istəyirik!” kimi şüarlar səsləndirilib.

Aksiya iştirakçıları sonda erməni konsulluğunun binasının önünə  gedərək etirazlarını bildiriblər. 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı