Modern.az

Səməd Seyidov beynəlxalq təşkilatları tənqid etdi: “Faktları görmürdülərmi?”

Səməd Seyidov beynəlxalq təşkilatları tənqid etdi: “Faktları görmürdülərmi?”

17 Oktyabr 2020, 17:15

“Beynəlxalq təşkilatlar ermənilərin törətdiyi vəhşilikləri, Xocalı faciəsi ilə bağlı faktları görmürdülərmi? Həmin beynəlxalq təşkilatlar təəssüf ki, ikili standartlarla yaşayan qurumlardır. Onlar məsələləri tam başqa istiqamətdə yozmaq, təqdim etmək, hiyləgər yanaşmaq, bəzi dövlətlərin məqsədlərini həyata keçirmək istiqamətində fəaliyyət göstərən təşkilata çevrilib”.

Bu barədə Modern.az-a Gəncədə mülki əhalinin atəşə tutulmasının beynəlxalq arenada işıqlandırılmasından danışarkən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib:

 

“Təbii ki, biz ədalət məhkəməsinin keçirilməsi üçün israrla müraciət edəcəyik, ancaq onlara ümid bəsləmək düzgün deyil. Biz bunu 1992-93-cü illərdə gördük. Minlərlə insanların hüquqları pozuldu, öldü heç bir beynəlxalq təşkilat buna reaksiya vermədi. Beynəlxalq təşkilatların ədalətli mövqe tutmağına inanmıram”.

 

S.Seyidov qeyd edib ki, bu gün Azərbaycan hər hansı bir irəliləyiş əldə edirsə, beynəlxalq təşkilatlardan hansısa bir çağırış gəlir ki, dayanın, durun sülh danışıqlarına keçin:

“Təbii ki, yenə də beynəlxalq təşkilatlara müraciət edəcəyik, ancaq düzgün qərar vermələrinə inanmıram. Ona inanıram ki, Azərbaycan xalqı torpaqlarını azad edəcək və heç kəs onun qabağında dayana bilmiyəcək”.

 

 

Nəzrin Vahid

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir