Modern.az

Hannover azərbaycanlıları Gəncə terrorunda həlak olanları andı

Hannover azərbaycanlıları Gəncə terrorunda həlak olanları andı

Diaspor

18 Oktyabr 2020, 07:32

Alman Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə Almaniyanın Hannover şəhərinin “Kröpcke” meydanında baş tutan anım mərasimində azərbaycanlı icmanın üzvləri iştirak edib.

 

Diasporla İş üzrə Dövlət Komitəsindən Modern.az-a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin dinc əhalini hədəf alması, müxtəlif şəhər və rayonlarda onlarla günahsız insanın qətlə yetirilməsi, mülki obyektlərin dağıdılması kəskin şəkildə pislənilib və bu vandalizm aktı səhnələşdirilmiş formada yerli ictimaiyyətə təqdim edilib.

 

Cəbhə bölgəsindən uzaqda yerləşən Gəncə və Mingəçevir şəhərlərinin ağır artilleriya atəşinə tutulmasını erməni vandalizminin bariz nümunəsi olduğunu qeyd edib, beynəlxalq ictimaiyyəti erməni vəhşiliyini qınamağa və ərazi bütövlüyünün bərpası istiqamətində apardığı haqlı mübarizədə Azərbaycanı dəstəkləməyə səsləyiblər.

 

Qeyd edək ki, humanitar atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan ordusu oktyabrın 11 və 17-də gecə saatlarında Azərbaycanın cəbhə zonasından kənarda yerləşən, ikinci böyük şəhəri olan Gəncəni raket atəşinə tutub. İşğalçı Ermənistan ordusunun raket zərbələri nəticəsində Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binaları dağılıb, mülki obyektlərə ciddi ziyan dəyib, hər iki terror aktı nəticəsində 23 nəfər həlak olub, 83 dinc sakin ağır yaralanıb, şəhərə külli miqdarda ziyan dəyib.

 
Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi