Modern.az

Ombudsman Gəncədə faktaraşdırıcı missiya həyata keçirdi - VİDEO

Ombudsman Gəncədə faktaraşdırıcı missiya həyata keçirdi - VİDEO

Aktual

18 Oktyabr 2020, 14:49

Ermənistan növbəti dəfə cəbhə bölgəsindən uzaq məsafədə yerləşən, əhalinin sıx məskunlaşdığı, Azərbaycanın ikinci böyük şəhəri Gəncəni raket atəşinə tutması törədərək müharibə cinayətidir. Oktyabr ayının 17-də, gecə saat 01 radələrində  qadağan olunmuş silahlardan istifadə etməklə həyata keçirilmiş bu hücum çoxsaylı insan tələfatı və ciddi dağıntılarla nəticələnib.

 

Ermənistan silahlı qüvvələrinin qadağan olunmuş silahlardan və ballistik raketlərdən istifadə etməklə Gəncə şəhərində törətdiyi növbəti terror aktı nəticəsində baş vermiş insan tələfatı ilə əlaqədar insan hüquqlarının kobud şəkildə pozulmasını təsdiq edən faktların və dəymiş zərərin beynəlxalq hüquq normaları çərçivəsində qiymətləndirilməsi və beynəlxalq ictimaiyyətinin diqqətinə çatdırılması məqsədi ilə Ombudsman Səbinə Əliyeva tərəfindən Gəncə şəhərində faktaraşdırıcı missiya həyata keçirilib.

 

Modern.az-ın məlumatına görə, təqdim olunan videoda Ombudsman Səbinə Əliyeva tərəfindən keçirilmiş faktaraşdırıcı missiya çərçivəsində toplanmış faktlarda beynəlxalq humanitar hüquq normalarının istifadəsini qadağan etdiyi ballistik raketlərin (SCUD) qalıqları aydın şəkildə görünür.

 

Bu faktlar Ermənistan Respublikasının silahlı qüvvələrinin sülh və insanlıq əleyhinə yönəlmiş müharibə və terror cinayətləri törətməkdə davam etdiyini bir daha sübut edir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi