Modern.az

İbtidai hay sürüsünün həyasızlığı... barədə “gürcülərin Puşkini”

İbtidai hay sürüsünün həyasızlığı... barədə “gürcülərin Puşkini”

Ədəbi̇yyat

18 Oktyabr 2020, 15:39

İ.Q.Çavçavadzenin əsəri (IV məqalə)


Knyaz, şair, yazıçı, ictimai xadim İ.Q.Çavçavadze (1837-1907) gürcü xalqının “millət atası” hesab edilir. O, kəndlilərin azadlığı uğrunda mübarizə aparmış, Gürcüstanda imkansız əkinçilərə təsərrüfatlarını yaratmaq işində yardım göstərən ilk bank yaratmış, geniş məktəblər və kitabxanalar şəbəkəsi ilə gürcülərin savadsızlığının ləğvi cəmiyyətinə rəhbərlik, “Gürcü xəbərləri” jurnalının və “İveriya” qəzetinin redaksiyalarına başçılıq etmiş, A.S.Puşkinin, M.Y.Lermontovun, N.V.Qoqolun əsərlərini gürcü dilinə çevirmiş, gürcü ədəbi dilinin yaradıcısı olmuşdur. 1987-ci ildə Gürcü Apostol Kilsəsinin patriarxı II İliya Onun “Müqəddəs İliya” dərəcəsi ilə məqamını müəyyən etmişdir.

   
Gürcüstan Mühəndislik Akademiyasının müxbir üzvü, iqtisad elmləri doktoru, rəssam, yazıçı-publisist  Vaja  Vladimiroviç Kakabadzenin “Məkr, yalan və əxlaq” əsərində (Tbilisi şəhəri, 2020) görkəmli fikir sahibi, mütəfəkkir İ.Q.Çavçavadzenin “Erməni alimləri və ağlayan daşlar” əsərində yer tutan ibtidai insan-hay sürüsünün  mənəvi-əxlaqi dəyərlərinin təhlili barədə məlumatlar geniş işıqlandırılıb (səhifə 50-88).  
Ədibin bu əsəri 1902-ci ildə Tiflis şəhərində çar edilərək ruscaya N.İ.Alekseyev-Mesxiyev tərəfindən çevrilmişdir. Əsər məşhur gürcü mütəfəkkiri və şairi Ş.Rustaveilinin (1172-1216) aşağıdakı sözləri ilə başlayır:

 
”Özünü dost kimi göstərən saxta mərhəmətli və saxta gülüşlü açıq düşməndən daha qorxuludur”.     

  
Böyük qəlb sahibi, haqq carçısı və yazarı İ.Çavçavadze adı çəkilən əsərində ümumilikdə hay kütləsinə xoş münasibətini izhar etmiş, əsil-nəcabətliyindən doğan hörmətini bildirmiş, onların da uca mənəvi dəyərlərə yiyə durmalarını arzulamışdır (dəyərli nəsihətlər verməklə). Ancaq, yazıçının “erməni alimləri və ziyalıları” barədə qənaətinə və həmin əsərinin yazılmasına səbəb çoxillik zəngin müşahidələri, müdrik əqli nəticələri və hay sürüsü (xüsusilə onların ziyaları) üzərində apardığı  dəqiq müşahidələri  olmuşdur.


Bu xüsusda “erməni alimləri”nə üz tutan ədib bildirmişdir ki, bu sadə xalqı bədxah nümayəndələrinin (ziyalılarının) günahına batırmaq olmaz, xalqı qiymətləndirmək üçün alim və mütəfəkkir olmaq zəruri deyil, bunun üçün sağlam təfəkkür, səmimi düşüncə, təmiz ürək, ağıllı baş, möhkəm iradə lazımdır.

  
Mütəfəkkir təəssüflə qeyd etmişdir ki, bu müdrik səviyyə “erməni alimləri” və “ziyalıları”nda  heç bir dövrdə olmamışdır, əksinə onlar öz soydaşlarını həmişə gürcülərdən üstün saymış, onları aşağılamaqda davam etmişlər.

  
Əsərdə, İ.Çavçavadzenin məlum ünvana yönəlik mülahizələrinə görə, uzun əsrlər boyunca “erməni alimləri” və “ziyalıları”nın təşviqi, təbliği və təlqinliyi nəticəsində öz xalqlarının başqa xalqlara, xüsusilə gürcülərə qarşı  nifrətinin, düşmənçiliyinin nədən yarandığı, təşəkkül tapdığı araşdırılaraq aşağıdakı qənaətlərə gəlinmişdir:

   -bu hiss kinli qısqanclıqdan, başqalarının uğurlarına qarşı bədxahlıqla yanaşmaqdan qaynaqlanır;

   -bu hiss “ermənilər”in nəciblikdən uzaq olmaqlarından yaranır;

    
Müəllif qeyd edir ki, “erməni ziyalıları” gürcüləri ruhən və cismən məhv etmək istəsələr də, Allah haqqın tərəfində olduğundan bu mənfur niyyətlərinə çatmayacaqlar, istəkləri baş tutmayacaq. Davamı olaraq, İ.Çavçavadze bidirir ki, kiçikdən böyüyə  (gürcü xalqı nəzərdə tutulur-Q.Y.) hamı bizdən tələb edir ki, “erməni alimləri”nin iç üzü, xisləti açılsın, bu “qara qarğalar”ın yuvaları dağıdılsın, bizə dəyən “daşın” atıldığı yerlər məhv edilsin.

  
Təbii ki, bu asan tədbir deyil. Çünki, hələ də gürcü xalqının arasında “ermənilərə” qarşı mülayim, barışdırıcı, hətta isti münasibətlər göstərənlər az deyil, qorxulu cəhət odur ki, bu hal nəsildən-nəsilə də ötürülür. Gürcü xalqı həm də istəyir ki, bu cür adamlar “milli xəyanətkarlar” kimi üzə çıxarılsın, xalqa tanıdılsın. Məgər Allah bizə buyurmur ki, heç nədən qorxmadan haqqın müdafiəsi üçün mübarizə aparılsın. Bu tapşırmanı böyük gürcü knyazı böyük ürək sahibi olaraq müdrikcəsinə həm də, “erməni alimləri”və “ziyalıları”nın nəzərinə çatdırır, onlara xatırladır. Xahişkaranə olaraq onlardan soruşur ki, nəyə görə gürcü xalqına qarşı çıxış edirsiniz, onun əksinə yönəlmisiniz, onu hörmətdən salırsınız, özünüzə aid olmayanları onlardan almaq istəyirsiniz. Məgər  bilmirsiniz ki, haqqı-ədaləti ört-basdır etmək olmaz, o, gec-tez üzə çıxacaqdır. Elə bilirsiniz ki, gürcü xalqına bədbəxtçilik yaşatdığınıza görə, onu məhv etdiyinizə görə cənnətin qapıları üzünüzə açılacaq, yanılırsınız...

  
Mütəfəkkir yazıçı sonda təəssüflə qeyd edir ki, istəyinə nail olmaqda çətinlik çəkir.

   
Təbii ki, bu hal o qədər də asan məsələ deyil, çünki xisləti məlum olan bu topluma kənardan da dəstəklər (xüsusilə çar Rusiyanın hakim təbəqəsi və ziyalıları tərfindən) göstərilir.

   
Bu yerdə müəllif rus-polyak şərqşünası, yazıçı, “Oxu üçün kitabxana” jurnalının redaktoru, 1828-ci ildən Rusiya İmperator Elmlər Akademiyasının müxbir üzvü, O.İ.Senkovskini (1800-1858) nümunə gətirir və onun bu sahədə fəaliyyətindən söhbət açır.

  
Baron Brambus təxəllüsülü bu yazıçı 1838-ci ildə yazmışdır ki, XII əsrədək gürcülər olmamışdır, onların indiki ərazisi “ermənilər”in olub. Bu cür yalanlardan ruhlanan “erməni yazıçıları” Emmin, Xudabayev, Yerşov daha irəli gedərək Kür çayının yuxarı axarlarının və VI-XIV əsrlərdə gürcülər tərəfindən tikilmiş məbədlərin, kilsələrin, tarixi mədəniyyət abidələrinin  indi də fəaliyyət göstərdiyi Çorox hövzəsini “Böyük Ermənistan”ın əraziləri hesab etmişlər. Bundan istifadə edən “erməni tarixçiləri” bu iddiaları ilə Avropa alimlərindən Sen-Marteni (“Axırıncı erməni çarı Leonun həyatı və fəaliyyəti barədə” əsərinin (1825) müəllifi, fransalı şərqşünas, “Asiya Cəmiyyəti”nin (1822) həmtəsisçisi və “Asiya jurnalı”nın baş redaktoru olmuş Antuan Jan de San-Marten (1791-1832) nəzərdə tutulur - Q.Y.)  də inandırmağa çalışmışlar. Ermənipərəst bu adam da həqiqətlərin əksinə gedərək gürcü torpaqlarını  “Böyük Ermənistan” ərazisi kimi qələmə almış və Avropada təbliğ etmişdir.


Amma, həmin əski, qədim məbədlərin, kilsələrin, tarixi mədəniyyət abidələrinin daşları “ağlayaraq”, “göz yaşları tökərək” sübut və təsdiq  edirlər ki, bu yerlər “ermənilərə” yox, gürcülərə məxsusdur.


“Ağlayan daşların harayını” isə  Zaman və Tarix, eləcə də heç bir mənfur qüvvə  heç vaxt susdura bilməz. “Erməni alimləri” gürcü xalqının tarixinə aid sənədləri, arxiv materiallarını (xüsusilə gürcü dilində yazılmış “Gürcü həyatının böyük xronikası” əsərini) saxtalaşdıraraq, təhrif edərək, öz xeyirlərinə dəyişdirərək, hətta e.ə.I-e.I əsrində yaşamış yunan alimi Strabonun gürcülərin mükəmməl arxitektura abidələri barədə yazdığına da kölgə salmağa cəhd göstərmişlər.

  
Bu işdə xüsusi fəallığı erməni mənşəli professor Patkanov etmiş və həyasızcasına XII əsrdə yazılmış “Gürcü həyatının böyük xronikası” əsərinin  guya Kartli çarı VI Vaxtanq  (1675-1737) tərəfindən qələmə alındığını bildirmiş, qədim tarixi həqiqəti təhrif etmişdir (əsli-nəsli hay keşişlərindən olan Kerope Petroviç Patkanyan (1833-1889) – tarixçi-filoloq, 1871-ci ildən  Peterburq Universitetinin professoru, 1882-ci ildə Belçikada, Luven şəhərində nəşr edilən “Museon” jurnalının redaktoru, 1885-ci ildən Sankt-Petrburq EA-nın müxbir üzvü).

 
Gürcü xalqının “atası” əsərində göstərir ki, Patkanov “erməni alimləri-ziyalıları”nın bayraqdarı kimi gürcülərin tarixi barədə həqiqəti söyləməyə cəsarəti çatmadı, əks halda qarşıya qoyulmuş məqsədə zərbə vurmuş olardı. Əksinə, o, gürcüləri fanatizmdə suçlamaqda davam etmiş, dünyaya car çəkmişdir ki, guya gürcülər özgə millətlərə və dinlərə qarşı dözümsüzlük nümayiş etdirirlər. Bununla da “erməni alimi” həm gürcü tarixinə, həm də gürcülərin ulu əcdadlarının mənəvi irsinə qarçı qarayaxmalar etmişdir.

 
Qədim yunan alimləri Herodotun (e.ə. 484-425-ci illər) və Strabonun “Tarix”, “Coğrafiya” əsərlərində Kiçik Asiya yarımadasının, Cənubi Qafqazın  kökənli  mesxi, tiberi, kolxi tayfalarının gürcü xalqının etnogenezisində mühüm rol oyanduğu yazılsa da, Konstantin Porfirogen (Makedoniyalı İskəndərin soyundan olan Bizans imperatoru, (905-959), “İmperiyanın idarəedilməsi haqqında” traktı nəzərdə tutulur - Q.Y.) Çorox hövzəsinin qədim yaşayış məskəni və VII-IX əsrə aid gürcü yazılı məbədlərinin sıx yayıldığı tarixi ərazi  kimi qiymətləndirsə də, Patkanov bunlarla razılaşmamış, amma tutarlı dəlilləri ilə də çıxış edə bilməmişdir.

 
”Erməni alimi” nin şagirdi Marr (“Mən fəxr edirəm ki, Patkanovun şagirdiyəm”, “Heyif ki, mənşəyimə görə erməni olmaq şərəfinə malik deyiləm” söyləyən N.Y.Marr (1864-1934), rus-sovet şərqşünası, qafqazşünası, etnoqraf-arxeoloq, 1912-ci ildən İmperator Akademiyasının akademiki, SSRİ EA-nın vitse-prezidenti) daha irəli gedərək heç bir dəlil-sübut göstərmədən gürcülərin ədəbi-əbədi milli-epik dastanı və müəllifi Ş.Rustaveli olan “Pələng dərisi geymiş pəhləvan”ın da (poemanın əsasını IX əsrdə qələmə alınmış qədim bulqar, türk şairi Mikayıl Şəmsi Baştu tərəfindən yazılmış "Şan qızı dastanı" təşkil edir –Q.Y.) ermənilərə mənsub olduğunu və  gürcü dilinin erməni sözlərindən əmələ gəldiyini utanmadan söyləmişdir.

  
1877-1878-ci illərdə Rusiya-Türkiyə müharibəsini işıqlandırmaq üçün Fransada nəşr edilən “Temos” qəzetinin Kutili adlı müxbiri Qafqaza gəlmiş, iki ay ərzində göndərdiyi məktublar çap edilmişdir.

  
Gürcü yazıçısı kitabında bu səfərə dair Gürcüstana gəldiyi zaman yolda Şuşa şəhərindən olan artilleriya zabiti ilə tanış olan müxbirin öz təəssüratına əsasən xüsusi fəsil həsr etmişdir. Gürcüstanda “erməni alimləri” və “erməni dövlət xadimləri”nin əhatəsinə düşən müxbir Tiflis şəhərində çıxan “Mşak”(“İşçi”) qəzetinin redaktoru Q.Y.Artsruninin (1845-1892) təşkilatçılığı ilə məbədlərdə, məktəblərdə, “dövlət idarələri”ndə  görüşlər keçirmiş, “yerli ziyalılarla” tanış olmuş və bu coşqun məclislərdən qayıtdıqdan sonra hətta “əlinə qələm almağa taqətinin  qalmadığını” bildirmişdir.

 
Amma, bir iradını çatdırmağı unutmayıb: ”qadınlarının dağ boyda burunları var”. “Ermənilər” buraxdıqları səhvə  anındaca düzəliş etmişlər: ”bu qadınlar gürcülər idi.”

 
Beləliklə, qalan şeylər hamısı “ermənilərə” aid olub - parlament, şənlik-bayramlar, filosoflar, milli mətbəx... eləcə də, bura “Ermənistan” və Tiflis isə “erməni” şəhəridir...

Hisslərini cilovlaya bilməyən fransız müxbir deyib: - Yəqin ki, Cənnət burada, Ermənistandadır...

  
Ardı növbəti yazılarda.

  
Qismət Yunusoğlu,
Bakı Dövlət Universitetinin müəllimi (050.372.60.08.)     

                               

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir