Modern.az

Azərbaycanın Türkiyədəki səfirliyi qarşısında aksiya

Azərbaycanın Türkiyədəki səfirliyi qarşısında aksiya

18 Oktyabr 2020, 15:50

Bu gün Azərbaycanın Türkiyədəki səfirliyi qarşısında Azərbaycana dəstək və Ermənistan hakimiyyətinin terrorçu hücumlarına etiraz aksiyası keçirlib. 

 

Modern.az-ın məlumatına görə, tədbirdə Azərbaycanın tarixi torpaqlarının işğal olunmasına dair faktlar səsləndirlib.

 

Aksiyada qeyd olunub ki, Ermənistan həqiqətləri iyrənc və primitiv bir müharibə təbliğatı üsulu ilə təhrif edərək dünya ictimai rəyini çaşdırmağa çalışır: “Biz bütün insanları ədalətin və beynəlxalq hüququn yanında olmağa çağırırıq”.

 

Aksiyada Qarabağa dəstək məqsədli şüarlar səsləndirlib.

 

Qeyd edək ki, tədbir Azaflı Sosyal Yardım və Kültür Dərnəyi tərəfindən təşkil edilib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?