Modern.az

Nalbandyan: “2010-cu ildə danışıqlarda dönüş olacağına inanmıram”

Nalbandyan: “2010-cu ildə danışıqlarda dönüş olacağına inanmıram”

22 Yanvar 2010, 17:33

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan bu gün İrəvanda keçirdiyi mətbuat konfransında bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar posesi davam etdirilməlidir. Modern.az “Armeniya novosti” agentlyinə istinadən xəbər verir ki, Nalbandyan “yaxşı bilirsiniz ki, danışıqların davam etdirilməməsinin alternativi nədir. Buna görə də danışıqlar davam etməlidir. Diplomatiya məhz bu danışıqların davam etdirilməsi deməkdir”deyib.
XİN başçısı hesab edir ki, proqnozlardan asılı olmayaraq danışıqlar prosesi davam etməlidir. 

Nalbandyan 2010-cu ildə danışıqlarda irəliləyiş görmədiyini deyib. “Əgər Azərbaycan tərəfi Qarabağ nizamlamasında konstruktiv mövqe nümayiş etdirsə, onda danışıqlar prosesində müəyyən irəliləyişlər ola bilər. Lakin  2010-cu ildə danışıqlarda dönüş olacağına inanmıram”,-deyə Nalbandyan bildirib.
XİN rəhbəri Rusiya, Azərbaycan və Ermənistan prezidentləri arasında növbəti görüşin yanvarın 25-də Soçidə keçiriləcəyini xatırladaraq qeyd edib ki, 2009-cu il nizamlama nöqteyi-nəzərdən kifayət qədər fəal il olub. Prezidentlər səviyyəsində 9 görüş keçirilib. Görüşlərdən 3-ü bilavasitə Rusiya prezidentinin vasitəçiliyi ilə keçib. O, danışıqlar prosesində dönüş olmasa da, ötən il nizamlama prosesində müşahidə olunmuş müsbət tendensiya və dinamikanın 2010-cu ildə qorunub saxlanacağına  əminliyini ifadə edib. Nazir nizamlama prosesinin süni olaraq sürətləndirilməsi və ya ləngidilməsinin yolverilməz olduğunu  deyərək prosesin təbii axarda getməsi firkrində olduğunu deyib.

Nalbandyan 2010-cu ildə Qarabağ nizamlamasının Ermənistan hakimiyyətinin prioritet mövzusu olacağını bildirib. O, xatırladıb ki, ATƏT ölkələri XİN başçıları Şurasının Afinada qəbul olunmuş sənəddə millətlərin öz müqəddəratını təyinetmə prinsipi  münaqişələrin həllinin ayrılmaz tərkib hissəsi kimi əksini tapıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir