Modern.az

Baş Prokurorluq Ermənistanın Qarabağa gətirdiyi muzdlular barədə məlumat yaydı

Baş Prokurorluq Ermənistanın Qarabağa gətirdiyi muzdlular barədə məlumat yaydı

Aktual

19 Oktyabr 2020, 12:41

Baş Prokurorluq tərəfindən aparılmış araşdırmalarla son günlərdə müxtəlif terror təşkilatlarının üzvlərinin, o cümlədən xarici ölkə vətəndaşlarının dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan Ermənistan ərazisindən qanunsuz keçərək Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə gəlib Azərbaycan Respublikasının silahlı qüvvələrinə qarşı, eləcə də Azərbaycan Respublikasının ərazilərinin işğalına yönələn təcavüzkar müharibədə muzdlu kimi istifadə edilmələri müəyyən edilib.

 

Bu barədə qurumdan Modern.az-a Baş Prokurorluqdan verilən məlumatda bildirilib.

 

Qeyd edilib ki, bu kimi qanunsuz halların qarşısının alınması məqsədilə xarici ölkə vətəndaşlarının Azərbaycan Respublikasının ərazisinə hansı qaydada gəlmələri ilə bağlı fransız, ispan, alman, rus, ingilis və ərəb dillərində maarifləndirici videoçarx hazırlanıb.

 

Xarici vətəndaşlardan Azərbaycan Respublikasının dövlət sərhədini keçərkən Azərbaycan Respublikasının qanunvericiliyinə əməl olunması tələb olunur.

 

//www.youtube.com/watch?v=ky8aFxaMScE

//www.youtube.com/watch?v=X_-4csubZmM 

//www.youtube.com/watch?v=Jx3U6wqBiNE

//www.youtube.com/watch?v=uqzn9VNBzQg

//www.youtube.com/watch?v=jptLT-Rb8k0

//www.youtube.com/watch?v=4syuUXhDIkE

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı