Modern.az

195-2 Telefon Məlumat Mərkəzinə 1500-ə yaxın müraciət daxil olub

195-2 Telefon Məlumat Mərkəzinə 1500-ə yaxın müraciət daxil olub

22 Yanvar 2010, 17:52

2009-cu ilin 1 sentyabr tarixindən başlayaraq sahibkarlığa dövlət dəstəyinin səmərəsinin daha da yüksəldilməsi, dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsi, iş adamlarının iqtisadi və hüquqi informasiya ilə təminatının yaxşılaşdırılması, həmçinin vətəndaşların suallarının operativ və vaxtında cavablandırılması məqsədilə İqtisadi İnkişaf Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzi fəaliyyətə başlayıb.
Modern.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, 2009-cu ilin 1 sentyabr tarixindən həmin ilin sonunadək mərkəzə 1500-ə yaxın müraciət daxil olub. Bu müraciətlər əsasən, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən verilən güzəştli kreditlər, sahibkarlıq fəaliyyəti, istehlakçıların hüquqlarının müdafiəsi, reklam fəaliyyəti, eləcə də İqtisadi İnkişaf Nazirliyinin səlahiyyətlərinə aid digər məsələlərlə bağlı olub.
Nazirlikdən bildirilib ki, vətəndaşların sualları vaxtında cavablandırılıb, şikayət xarakterli müraciətlər isə müvafiq qaydada qeydiyyata alınaraq, aidiyyəti struktur tərəfindən qanunvericilikdə müəyyən olunmuş müddətdə araşdırılıb və nəticəsi barədə şikayətçiyə məlumat verilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir