Modern.az

Bu küçələrdə sıxlıq müşahidə olunur - SİYAHI

Bu küçələrdə sıxlıq müşahidə olunur - SİYAHI

19 Oktyabr 2020, 19:08

Axşam saat 18:00 radələrindən paytaxtın əksər küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.

 

Bakı Nəqliyyat Agentliyindən Modern.az-a verilən məlumata görə, hazırda Heydər Əliyev, Qara Qarayev, Ziya Bünyadov prospektləri, Yusif Səfərov, Ağa Nemətulla, Məhəmməd Hadi küçələrində və digər yerlərdə onlarla müntəzəm və ekspres marşrut xətləri üzrə avtobuslar sıxlıqda qalaraq gecikmə ilə hərəkət edir.

 

Bu isə dayanacaq məntəqələrində və avtobuslarda sərnişin sıxlıqlarının yaranmasını qaçılmaz edir. Bunu nəzərə alaraq fərdi avtomobil sürücülərindən avtobuslara qarşı hərəkət üstünlüyü tanımağı xahiş edirik. Sərnişindaşımaların yalnız avtobuslarla icra olunduğu indiki vaxtda bu olduqca vacib əhəmiyyət kəsb edir.

Whatsapp
Bizə yazın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub